İsveçdə Quranı yandıran şəxs İrana bağlı olub - ŞOK İDDİA

İsveçdə müqəddəs Quranı yandıran iraqlı mühacir Salvan Momikanın İranla əlaqələri üzə çıxıb.

 

Bakupress.az xəbər verir ki, bu barədə "Rusen" nəşri məlumat yayıb.

 

Bildirilir ki, o, İraqda İrana bağlı briqadaların üzvü olub. Daha sonradan İsveçə köçüb.

 

Qeyd olunur ki, aksiya İsveçin NATO-ya üzvlüyünün qarşısını almaq üçün nəzərdə tutulub.

 

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində yerləşən Medborjarplatsen meydanındakı məscidinin yaxınlığında 37 yaşlı Salvan Momika adlı iraqlı mühacir aksiya keçirib. O, kitabın səhifələrini qoparıb, onlarla ayaqqabılarını silib və daha sonra Quranı yandırıb. İsveç hakimiyyəti bu cür hərəkətlərin qanuni olduğu bildirib, ancaq aksiyanın yersiz olduğunu vurğulayıb.

 

Aksiyadan dərhal sonra Salvan Momikaya qarşı dini ədavətin qızışdırılması və yanğın qadağasının pozulması ilə bağlı protokol tərtib edilib.

0.19188618659973