Viza alverçisi, xalqın əxlaqını pozmaqla milyonlar qazanan məmur, tikinti maqnatı, yoxsa diplomat? – VİDEO

Xarici İşlər nazirinin sabiq müavini, diplomat (?) Nadir Hüseynov həqiqətən də “nadir tapıntı”dır. Bu adamın uzun illər ərzində spesifik və nadir üsullarla həyata keçirdiyi qanunsuzluqlar, antimilli fəaliyyət bu gün də çoxvektorlu şəkildə Azərbaycan dövlətinə zərər vurmaqdadır. 10 il xarici işlər nazirinin müavini vəzifəsini tutan N.Hüseynov 2020-ci ilin sentyabr ayında bu vəzifədən azad edildi. Əslində həmin ilin iyul ayında XİN-də həyata keçirilən əməliyyat dalğası ilk növbədə bu adamı da həbsə aparmalı idi, amma aparmadı. Vəzifədən çıxarılan, potensial məhkum N.Hüseynov xüsusi tapşırıqlar üzrə səfir təyin edildi. Nadir saxtakarlıqlara imza atan bu adam Nadir adının ona boş yerə verilmədiyini çoxdan sübuta yetirib. İndi isə əsl mətləbə gələk…
Nadir Hüseynov mentalitet, mənəviyyat və əxlaq qatilidir! Nə üçün?
Xalqımız bilmir ki, uzun illərdir Azərbaycana gəlib paytaxtımızda əxlaqsızlığı təbliğ edən, otellərdə, kirayə mənzillərdə, küçələrdə iyrənc həyat tərzi keçirən ərəbləri ölkəmizə gətirən “turist marşrut”un ideya müəllifi və əsl sahibi məhz Nadir Hüseynov dur! N.Hüseynov özünə sərhədsiz biznes ipmeriyası da qurub. Məsələn,
-Nəsimi bazarının yerində inşa edilən “Olympus Nəsimi Kompleksi” Nadir Hüseynova məxsusdur. Bu kompleksdə mənzillərin 1 kvadratı 2300 manatdan satışa çıxarılmışdı. Mənzillərin əksəriyyəti satılıb. Hazırda isə orada 3 otaqlı mənzil 250 min dollara satışa çıxarılıb. N.Hüseynov inşaat sektorunda təxminən 30-a yaxın şirkət və qurumla tender işləri də həyata keçirir.
-Nərimanov rayonu Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən “Cənnət Gəncə” restoranı da N.Hüseynovun biznes kataloquna daxildir. Restoranda N.Hüseynova məxsus otaq var və bütün pullar məhz bu məkana daşınır.
Eləcə də, o, ərəb ölkələrində və Türkiyədə böyük biznesə sahibdir. Onun xaricdəki biznesini isə 37 yaşlı oğlu Məhəmməd Hüseynov idarə edir.N.Hüseynov digər oğlu Hüseyn Hüseynovu XİN-ə yerləşdirib. H.Hüseynov Cenevrədə Birinci Katib və Londonda müşavir vəzifələrində işləyib, hazırda nazirlikdə şöbə müdiridir. O, hələ də qanunsuz işlərin hazırlanmasının və digər qanunazidd sənədləşmələrin aparılmasının əsas icraçısı kimi tanınır. N.Hüseynov onun korrupsiya piramidasına daş qoyan qohumlarının hər birini müxtəlif vəzifələrə təyin etdirməyə nail olub. Belə ki, qardaşı oğlu hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq əlaqələr idarəsində işləyir.
Dəhşətlisi budur ki, bu qədər qanunsuzluqlara imza atan N.Hüseynov döşündə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni gəzdirir.
O, yenidən revanş götürməyə ciddi-cəhdlə çalışır, öz zamanını gözləyir. Rüşvətxor olduğu qədər də təkəbbürlü, kinli və qisascıl olan N.Hüseynov XİN-i rüşvət müqabilində savadsız kadrlarla doldurub. Vaxtilə işçilərinin zənglərinə, salamına cavab verməyi özünə sığışdırmayan bu adamın XİN-ə və səfirliklərə yerləşdirdiyi xeyli sayda adamlar var. N.Hüseynova yaxın olan, rüşvət müqabilində ən “yağlı” səfirliklərə işə düzələn bu adamların hər biri müəyyən edilərək xarici siaysət idarəsindən uzaqlaşdırılmalıdırlar. O, fürsət gözləyir, inanır ki, nə vaxtsa yenidən milyonlara sahibləndiyi nazirlikdə yüksək vəzifə ala bilər. Amma Qatar çoxdan gedib. Bircə məsələ qalıb. Heç olmasa, ədalət bircə dəfə sona qədər zəfər çalsın. Bu adamın xalqın talanması, əxlaqının korlanması hesabına əldə etdiyi mülklər, şirkətlər, pullar əlindən alınsın, özü də müttəhim kürsüsündə əyləsin. Bizdən demək, gerisi hüquq mühafizə orqanlarının işidir.

0.07212495803833