“Paşa Holdinq”ə bağlı məşhur şirkət milyonlarla zərər edib - Kürü satır...

Ölkənin aparıcı şirkətlərindən biri olan “Lu-Mun Holdinq” MMC ötən ili böyük zərərlə başa vurub.

 Şirkətin illik hesabatına istinadən xəbər verilir ki, “Lu-Mun Holdinq”in il ərzində xalis zərəri 13 milyon 524 min manat olub.
Əvvəlki illə müqayisədə şirkətin zərəri azalıb.
Belə ki, 2021-ci ildə şirkətin zərəri 16 milyon 315 min manat olub.
Qeyd edək ki, 2017-ci ildən fəaliyyət göstərən “Lu-Mun Holdinq” MMC Azərbaycanda kənd təsərrüfatı və qida istehsalı sahələrində irimiqyaslı layihələr həyata keçirən investisiya şirkətidir.
“Lu-Mun Holdinq” balıq istehsalı sahəsində “Azerbaijan Fish Farm” MMC, quşçuluq sahəsində “Azerbaijan Poultry Company” MMC, ekoloji təmiz məhsullar sahəsində “Azerbaijan Organic Company” MMC və keyfiyyətli qızılgüllər sahəsində “Azerbaijan Flowers Company” MMC törəmə müəssisələri mövcuddur.
“Azerbaijan Fish Farm” şirkəti əsasən küri istehsalı və satışı ilə məşğuldur. “Azerbaijan Poultry Company” “Mərcan” brendi altında quş əti məhsulları istehsal edir.
Onu da qeyd edək ki, “Lu-Mun Holdinq” ölkənin ən böyük şirkətlərindən biri olan “Paşa Holdinq” ilə eyni hüquqi ünvanda – Neftçilər prospekti 153-də yerləşir. Məsələ ilə bağlı  olaraq bütün aidiyyatı olan qurum və şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq...

0.059024095535278