`Ulduz` şokolad fabriki ilə bağlı İLGİNC İDDİALAR... - BU NƏDİ BELƏ?

Uzun müddətdir ki, mediada "Veysəloğlu" şirkətlər qrupundan və onun fəaliyyətində daim nöqsanlar olan rəhbəri, Vasif Talıbovla Ramiz Mehdiyevin ən yaxın adamı və şəriki olan Aydın Talıbov haqqında tənqidi materiallar dərc olunur. Aydın Talıbov, Ramiz Mehdiyev, Vasif Talıbov üçlüyünə aid olan "Veysəloğlu" şirkətlər qrupuna daxil olan mağazalarda qurdlu şokoladlar, iylənmiş sosislər, vaxtı keçmiş smetanlar, qatıqlar, bir sözlə qida məhsullarının satışı bu şəxslərə zərrə qədər də olsun mənfi təsir etmir. AQTA-nın dəfələrlə "Veysəloğlu" şirkətinin tərkibində olan firmaları, mağazaları cərimə etməsinə baxmayaraq, "Veysəloğlu", "OBA", "ARAZ" öz bildiklərini edirlər. Hətta dəfələrlə "Veysəloğlu" şirkətinin tərkibində fəaliyyət göstərən mağazaların qarşısında camaatın narazılıqlarının şahidi olmuşuq. Alıcılar mənfi fikirlər səsləndirməkdən belə çəkinmirlər. yaxud vaxtı keçmiş, köhnə ərzaq məhsulu adi vətəndaşla bərabər, şəhid, qazi ailəsi də alır...
Yaxud başqa bir misal. Əmək Müfəttişliyi dəfələrlə “Veysəloğlu” şirkətinin, onun marketlərinin işçilərlə əmək müqaviləsi bağlamadan işlətdiyini, onların hüquqlarını pozduğunu və s. açıqlayıb. Bu yaxınlarda ölkənin tanınmış ziyalılarından biri öz oğlunun “Araz” marketlər şəbəkəsində qarşılaşdığı qanunsuzluqlara bağlı mediada geniş açıqlama vermişdi. Onun açıqlamasından bəlli olurdu ki, “Veysəloğlu” şirkəti, ümumiyyətlə, işçi ilə əmək müqaviləsi bağlamır, “ora qol çək, bura qol çək” deyib əməkdaşı aldadır. İşçiləri dözülməz dərəcədə artıq işlədir, əmək haqqlarının yarısı nağd verilir, yəni vergidən yayınır və s. “Veysəloğlu” şirkətlər qrupunun ölkədə süni qiymət artımı yaratması ilə bağlı İqtisadiyyat Nazirliyinin rəsmi açıqlamasına nə deyirsiniz, cənab Aydın Talıbov..? Bir müddət öncə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən Veysəloğlu Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi şirkətlərində audit yoxlamaları həyata keçirilmişdi.
Məlumata görə, səyyar vergi yoxlamaları zamanı sözügedən şirkətlərin külli miqdarda vergidən yayınması faktları ortaya çıxmışdı. Sözügedən Departamentin əməkdaşları tərəfindən aparılan səyyar vergi yoxlaması ilə külli miqdarda vergidən yayınma halları aşkar edilərək, Veysəloğlu Şirkətlər Qrupuna 2 milyon manatlıq maliyyə sanksiyası tədbiq edilib. Bunu biz demirik ee... Belə olan halda özünü necə reklam edə bilərsən, cənab Talıbov..?
Cənab Talıbov, bu 2 milyon, bircə anbarda yoxlamanın nəticəsidir ee... İndi fikirləş ki, 100-lərlə “Araz” və “Oba” supermarketləri yoxlanılsa, ortaya hansı rəqəm, hansı sanksiyalar çıxıacaq..? Onda səni başqa yerə aparacaqlar. Və bu gün səni müdafiə edən muzdlu mirzələrin köməyinə çata bilməyəcək. Cənab Talıbov, sən millətimizin arasına sanki ayrıseçkilik toxumu səpirsən, millətimizi ağ və qaraya bölürsən, 1-ci və 2-ci sort insanalara ayırırsan və...
Belə ki, Şirkətlər Qrupunun tabeçiliyində olan “Araz” marketləri imkanlı, varlı şəxslər üçün, “Oba” marketləri isə 2-ci sort adamlar üçün nəzərdə tutulub. Və ən dəhşətlisi odur ki, “Araz” marketlərində vaxtı keçmiş, köhnəlmiş, keyfiyyətini itirmiş məhsulları “Oba” marketlərində kasıb, imkansız təbəqəyə satır. Biz hələ Əmək Müfəttişliyini demirik ee... Veysəl müəllimin oğlu, özün öz dilinlə deyirsən ki, 17 min nəfər işçin var. Əgər Əmək Müfəttişliyi xırda bir yoxlama aparsa, bəlli olacaq ki, sənin “qara mühasibat”lığın dövlətə milyonlarla ziyan vurub. Kağızda yazdığın əmək haqqı ilə real əmək haqqı arasında fərq ən azı 3 rəqəmlidir. İndi onu da vur 17 min nəfərə. Gör hansı rəqəm alınacaq ? Biz hələ 30-35 min avroluq maaşlardan danışımırıq. Bəli, xaricdən dəvət etdiyin əcnəbi “revizora” ayda 35 min avro maaş verirsən. Bir ay öncə vitrindəki və kassadakı qiymət fərqinə görə şirkətiniz cərimələndi. Satıcılar deyir ki, qiymətlər tez-tez dəyişir imkan edib qiymətləri yeniləyə bilmirik… Və daha nələr...
Biz hələ içindən bolt, qayka çıxan “Ulduz” şokoladlarından, saxta “Sirab” mineral sularından danışmırıq. Aydın Talıbov, Peyğəmbər əfəndimiz buyururdu ki, BİZ YEDİKLƏRİMİZİN CƏMİYİK. Cənab Talıbov, bir gün bu xalqa yedirdiklərini sənin özünə yedirdəcəklər. Bunu qulağında sırğa elə, unutma.

0.27043008804321