Sabirabadda Pənah Hüseynov görün, kimdən GİLEY EDİR... - “Qorxudan məcbur qalıb razılaşdım”

Sabirabad rayonunun Əsgərbəyli kəndində yaşayan Pənah Teymur oğlu Hüseynov icra məmurunun hərəkətindən, Baş Prokurorluğun isə bu barədə şikayəti araşdırmamasından narazıdır. Söhbət Sabirabad rayon İcra Şöbəsinin icraçısına qarşı rüşvət iddialarıyla bağlı şikayətdən gedir.

“Sübutlarımı – səs yazılarını da təqdim eləmişəm”

Pənah Hüseynov  bildirib ki, şikayət məktubunu da, orada göstərdiklərini təsdiqləyən səs yazılarını xeyli vaxtdır ki, Baş Prokuror Kamran Əliyev və onun birinci müavininə göndərib. Amma bu qurumdan heç bir reaksiya yoxdur.

Onun sözlərinə görə, şikayət məktubunun surətini paralel olaraq, prezident, birinci vitse-prezident, ədliyyə naziri, daxili işlər naziri və başqa qurumlara da ünvanlayıb. Bu qurumlardan da hələlik səs-soraq gəlməyib:

“Təkcə məktublarla kifayətlənməmişəm. Orada yazdıqlarımın sübutu var – səs yazıları. Onları da hamısına göndərmişəm. Görsünlər ki, deyilənlər sadəcə, söz deyil…”. Pənah Hüseynov M Sabirabad rayon İcra Şöbəsində çalışan həmin əməkdaşın kimliyini də açıqlayıb. Həmçinin aralarında olan danışıqların səs yazılarını da təqdim edib. Lakin sözügedən icra məmuru ilə danışıb, səslənən ittihamlarla bağlı onun cavabını öyrənə bilmədiyimizə görə kimiyini açıqlamadıq.

Prokurorluqdan isə  bildirilib ki, daxil olan bütün şikayətlərə qanuna uyğun şəkildə baxılır, araşdırılır və cavablandırılır.

0.079730987548828