Beyləqan rəsmən BAŞSIZ QALIB... - Sakinlər GİLEY EDİR

Beyləqan rayon sakini Səfərov Şükür Nazar oğlu tərəfindən müraciət daxil olub. Adı çəkilən bu şəxs qeyd edir ki, “Beyləqan RİH-nin qarşısındakı ağaclar məqsədli şəkildə kəsilir, biz isə bu haqda ekologiya idarəsinə rəsmi qaydada müraciət edirik.

Bu haqda video-çəkiliş də həyata keçiririk və etdiyimiz çəkilişlər televiziyalarda yayımlanır, o halda çox keçmir ki, icra hakimiyyətinin əməkdaşları, ələlxüsus Telman Məstanov və “kamxoz”un müdüri Arzu Bəndəliyev əlbir olaraq məni məhkəməyə verirlər. Bu şəxslərin başlıca məqsədləri məndən təzminat almaqdır və onlar mənə onu da deyirlər ki, “nə üçün çəkilişlər həyata keçirirsən? Məgər, Heydər Əliyev adına parkda baş verənləri səndən savayı heç kim görmür?” Mən ağsaqqal adamam, bu gün çoxları mənə yaxınlaşır və bu işlərin yoluna qoyulmasını istəyirlər.

VİDEO: 

“Kamxoz”un texnikaları yerli sakinlərə aid işlərə cəlb olunurlar. Bu idarədə işləyənlər deyirlər ki, “Kamxoz”da neçə-neçə şəxslər var ki, onlar heç vaxt işə gəlmirlər. Elə ki, hardansa yoxlamalar gəlir, o halda həmin şəxslər iş başında peyda olurlar. Bu birbaşa cinayət deyilmi? Magistral yolun üstündə Şəhidlərin şəkilləri birgə yerləşdirilmişdi. Həmin plakatı cırıb ləğv etdilər. Bir şəhid ailəsi mənə dedi ki, “ağsaqqal o plakatı cırıblar.Xahiş edirik ki, bu işlə maraqlan”. Mən RİH-nin əməkdaşlarını bu haqda məlumatlandırdım və onlar mənə cavab verdilər ki, “plakatı özümüz təmir edəcəyik, sən bu işə qarışma”. Hər kəs görür ki, magistral yolun kənarında şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq plakatlar qoyulub, amma bu gün həmin plakatlara bir kimsə nəzarət etmir. Mən RİH-nin əməkdaşlarına deyirəm ki, şəhidlərə hörmət edin və onlara məxsus plakatın ətrafını təmizləyin.

Mən bunu onlardan tələb edirəm, onlar isə məni şantaj edirlər, məhkəməyə verirlər. Məqsədləri məni aradan çıxarmaqdır. Bir ağsaqqal, bir vətəndaş olaraq hər kəsdən soruşmaq istəyirəm ki, bu kimi işləri RİH-dən tələb etmək hüququm var, ya yox?

VİDEO: 


Düşünürəm ki, tam əksəriyyət mənim haqlı mövqeyimi müdafiə edəcək və ünvanladığım sualı cavablandıracaqlar. Şəkildə görünən yolların kənarındakı küçələr Birinci Qarabağ müharibəsi şəhidi Akif Əliyevin və Vətən müharibəsi şəhidi Vüqar Məmmədovun adınadır. Düz yol isə “20 Yanvar” küçəsidir. Bəli, bütün bunlar real mənzərədir. Bütün bunlar haqda geniş yazımız işıq üzü görəcək. Bizi izləməyi unutmayın.

0.32022094726562