Buraların AĞASI BƏLLİDİR... - İTTİHAM VAR!

Lənkəran şəhəri, Füzuli küçəsi-75 ünvanında fəaliyyət göstərən 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində tüğyan edən məmur özbaşınalığına, məhz bu gün də son qoyulmur. Niyə? Bu haqda kimlərsə məlumatsız olsa da, tam əksəriyyət bilir ki, bu dövlət qurumuna rəhbərlik edən Şakir Quliyevin idarəçiliyi, artıq dözülməz həddə çatıb. Məsələn, 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə rəhbərlik edən Şakir Quliyev bu gün də vəzifə səlahiyyətlərindən sui-istifadə edir və məqsədli şəkildə cənub bölgəsinin sakinlərinə amansız divan tutur. Hətta o, yerli sakinlərə çox yuksək həddə, şişirdilmiş məbləğdə cərimələr tərtib etdirir. Baxmayaraq ki, bir cox sakinlərin heç bir əsas olmadan cərimələnmələri məhkəmə qaydasında sübuta yetirilmiş və həmin şəxslərin barəsində qaldırılan iddialar, cıxarılan qərarlar qəti şəkildə rədd edilmişdir. Yəni, bütün bunlarla bağlı yetərincə məhkəmə qətnamələri var. Redaksiyamıza daxil olan bəzi məlumatlarda bildirilir ki, Şakir Quliyev vətəndaşları haqsız cərimələtdiyinə ğörə məhkəmə qaydasında tənbeh olunmuş və ona nazirlik tərəfindən töhmət də verilmişdir.Görünür ki, bu xəmir hələ cox su aparacaq. Bəzi məlumatlara görə, bu şəxs öz mövqelərini möhkəmləndirmək üçün “ağlı dabanında olan” jurnalistlərin olmayan nüfuzundan da yararlanmağa çalışır. Amma, bu şəxs onu unudur ki, zamanı çatanda adını-soyadını yazmağı bacarmayan həmin jurnalistlər, heç bir halda ona kömək ola bilməyəcəklər.
Növbəti yazımızda Şakir Quliyevin Lənkəran şəhəri, Ləj kənd sakini Rzayev Ramis Muxtar oğluna qarşı etdiyi haqsızlıqlardan bəhs edəcəyik. Bizi izləməyi unutmayın.

0.13930010795593