Rüstəm Xəlilovdan şübhəli təmir əməliyyatı - Vergi borcu olan şirkət tenderə necə qatılıb?

Hacıqabul Rayon İcra Hakimiyyəti 2023-cü ildə Hacıqabul şəhərində mənzil fondunun əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Bakupress.az xəbər verir ki, tenderin qalibi "MM İnşaat Group” MMC olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 53.586,28 AZN-dir.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "MM İnşaat Group” MMC 26 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5D-də yelərşir. MMC-nin qanuni təmsilçisi Ağayev Mirkamal Əhməd oğludur.

Açıq mənbələrdə "MM İnşaat Group” MMC barəsində heç bir məlumata rast gəlinmir.

Mirkamal Ağayevə gəlincə, mediada gedən məlumatlara görə, o, həm də "MM İnşaat Company” MMC-nin qanuni təmsilçisidir. Araşdırmalarımız zamanı məlum olub ki, bu şirkət artıq fəaliyyətini dayandırıb. Hər halda Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında şirkətin adına rast gəlinmir.

"MM İnşaat Group” MMC 2 ildir fəaliyyət göstərməsinə baxmayaraq, satınalma müsabiqələrində fəal iştirak edir. Şirkət ötən il müxtəlif dövlət qurumları ilə toplam maliyyə dəyəri yarım milyona yaxın satınalma müqavilələri imzalayıb.

"MM İnşaat Group” MMC-nin hazırda 27354.97 AZN vergi borcu var. "Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovdur. O, 2019-cu ildə bu vəzifəyə təyin edilib. Rüstəm Xəlilov həm də üçüncü çağırış Milli Məclisin deputatı olub.

Rüstəm Xəlilov 2017-ci ildə Sabirabad rayonunun Nizami kənd bələdiyyəsinin qarşısında atasına heykəl qoydurmaqla gündəmə gəlmişdi.

0.13135695457458