COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda karantin rejimi davam edir.
Bakupress.az xəbər verir ki, bunu TƏBİB-in icraçı diretoru Vüqar Qurbanov deyib.
O bildirib ki, karantin rejiminə uyğun olaraq tibb müəssisəsində koronavirus xəstələrinin müalicəsi aparılır.
“Nazirlər Kabineti qərar qəbul etdikdə ölkəmizdə də karantin rejimi olmayacaq. Koronavirusa yoluxan xəstə sayı az olsa da, yoluxma halları davam edir”, - deyə V.Qurbanov bildirib.
İcraçı direktor vurğulayıb ki, stasionar və ya ambulator şəkildə müalicə alan xəstələrə yardımlar göstərilir.
"Ölkədə karantin rejimi davam etdiyindən müalicə üsulu da əvvəlki səviyyədə olduğu kimi qalır", - Vüqar Qurbanov vurğulayıb.
O əlavə edib ki, Azərbaycan əhalisi tam olaraq koronavirus əleyhinə vaksinasiya olunub: "Hazırda ehtiyac olan kateqoriyadan olan şəxslər müraciət etdikdə peyvənd olunurlar. Müvafiq tibb müəssisələrində vaksinasiya prosesi bu gün də davam edir. Peyvəndlərlə bağlı bu gün hər hansı sıxıntı yoxdur".