Avstraliyanın ən varlı cütlüyü oldular

Hollivud ulduzu Nikol Kidman və müğənni əri Kit Urban Avstraliyanın ən varlı adamlarının siyahısına daxil olublar.

Bakupress.az xarici mətbuata istinadən xəbər verir ki, onlar reytinqdə yeganə incəsənət nümayəndələridir. Cütlüyün ümumi kapitalı 695 milyon dolları keçib.

"The Australian Financial Review" siyahısına daxil edilmək üçün isə minimum tələb 690 milyon dollardır.

Qeyd edək ki, 2007-ci ildən Kitlə ailəli olan Kidman filmlərdə fəal rol almağa və gəlirli reklam müqavilələri bağlamağa davam edir.

0.038164138793945