Ermənistan 2 hərbçisinin Azərbaycana keçdiyini TƏSDİQLƏDİ

Ermənistan Müdafiə Nazirliyi 2 hərbçisi ilə əlaqənin itdiyini açıqlayıb.

 

Xəbər verilir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

 Açıqlamada iddia edilir ki, mayın 26-da saat 19:00-dan etibarən guya Ermənistan döyüş mövqelərini ərzaqla təmin edən 2 hərbi qulluqçu ilə rabitə əlaqəsi kəsilib. 

 

"Hərbçilərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir", - Nazirlik qeyd edib.

 

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, may ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.

 

Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

 

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıb.

0.031274080276489