Azərbaycan nefti 2 dollar ucuzlaşdı

"Azeri Light" markalı Azərbaycan nefti 2 dollar ucuzlaşdı.

 

BakuPress.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,99 ABŞ dolları, yaxud 2,47 % azalaraq 78,47 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

0.047888040542603