Ukrayna ordusu əks-hücuma başladı - RƏSMİ

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin əks-hücum əməliyyatına başladığını təsdiqləyib.

 

BakuPress.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak İtaliyanın “Rai” telekanalına müsahibəsində bildirib.

 

“Artıq bir neçə gündür əks-hücum gedir, sərhəddə 1500 kilometr boyunca gərgin müharibə gedir, əməliyyatlar artıq başlayıb", - o deyib.

 

Eyni zamanda, o, Ukraynanın Rusiya Federasiyasının ərazisinə qarşı Qərb silahlarından istifadə etməyəcəyini, lakin işğaldakı Krımı və Donbası azad etmək üçün belə silahlardan istifadə olunacağını diqqətə çatdırıb.

 

“Biz Rusiya ərazisini vurmaq istəmirik, Qərbin bizə verdiyi silahlardan Moskvanın işğal etdiyi ərazilərdə, o cümlədən Donbas və Krımda Rusiya Federasiyasının mövqelərini məhv etmək üçün istifadə edəcəyik”, - Podolyak vurğulayıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

0.087943077087402