Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
BakuPress.az xəbər verir ki, tərəflər Moskvada bir araya gələcəklər.
Liderlərin görüşündə sülh prosesi əsas müzakirə mövzusu olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev və Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə mayın 14-də Brüsseldə görüşüb. Növbəti görüşün iyunun 1-də Moldovada keçiriləcəyi gözlənilir.
Onu da bildirək ki, Moskvada son görüş mayın 19-da xarici işlər nazirləri arasında olub.