Biləsuvar sakini qohumunu güllələdi

Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa  oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət  alması barədə polisə məlumat daxil olub. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb.

 

Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. 

 

Ə.Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. 

 

Araşdırma aparılır.

0.030822992324829