Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terror təşkilatının rəhbərlərinin videolar çəkərək CHP sədri Kamal Kılıçdaroğlu üçün səs istədiklərini bildirib.
Bakupress.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.
"Seçkidən sonra da açıq şəkildə bu adama dəstəklərini davam etdirdilər", - hazırkı prezident deyib.
Ərdoğan bildirib ki, millətdən gizlətməyə çalışdıqları bütün biabırçılıqlar bir-bir üzə çıxıb.
"Nə edirlərsə etsinlər, onlar hakimiyyətə gəlmək, kreslolarını qorumaq üçün separatçılar və FETÖ-çülərlə ortaq olduqlarını gizlədə bilmirlər. Millətimizi son 40 ildə ölkəmizi bəlaya salan terror xəstəliyindən xilas edəcəyik", - Türkiyə lideri vurğulayıb.