Sumqayıtda sahibkarları alıdadan komanda: Zakir Fərəcov və…

Sumqayıt şəhərinin abadlaşması ilə bağlı iş icraçısı olan sahibkarlar yenə də gördükləri işin müqabilində onlara çatacaq vəsaiti bu sahədə tenderin qalibi olan şəxslərdən ala bilmirlər. Maraqlıdır ki, Sumqayıtda görülən işləri öz reklamı kimi təqdim edən icra başçısı Zakir Fərəcov elə bir plan qrub ki, sanki problemin buna heç bir aidiyyatı yoxdur. Ammma cumhuriyyet.az olaraq məsələni araşdırdıqda görürük kü, bütün problemlər Zakir Fərəcovun birbaşa rəhbərliyi altında Adil Xudadatov-Hümbət Məmmədov cütlüyünün iştirakı ilə aparılıb. Konkret faktlar üzərində prosesi təhlil edək.
Hümbət Məmmədovun subpodarat tələsi
Məsələn Sumqayıt şəhərinin də şəhərin girişində, Yeni Bulvar kompleksinin tikintisində, Şəhidlər Xiyabanının abadlaşdırılmasında iştirak etmiş və üzərinə götürdüyü öhdəlikləri vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirǝrǝk təhvil vermiş MMC-yə 2022-ci ilin avqust ayında fiziki şəxs kimi fəaliyyət göstərən “iş adamı” Məmmədov Hümbət Əlcavan oğlu  Sumqayıt şəhərində yenidənqurma və abadlıq işləri ilə əlaqədar tenderi qazandığını bildirərək subpodrat müqaviləsi əsasənda  işlərin böyük əksəriyyətini cəmiyyətə həvalə etməyi təklif edir.  Müqaviləyə əsasən Sumqayıt şəhərində Muğanbank ASC-nin qabaq hissəsində yerləşən parkda va favvarada, Cəfər Cabbarlı və Nizami küçələrində yenidənqurma və abadlaşdırılma işləri görülməli idi. Müqavilə şərtlərinə görə işlərin dəyəri üzrə ödəniş müqavilə bağlandıqdan sonra hesabımız keçirilməli idi. Lakin “iş adamı” H.Məmmədov müqavilə şərtlərini əvvəlcədən pozsa da (müqavilə məbləğini ödənilmədən) bağlanan müqaviləyə əsasən işlər görülür. H.Məmmədov isə tenderdan sonra pulun onun hesabına hələ keçirilmədiyini bildirirdi.  Sonradan bizə bəlli olur ki, tenderə ayrılımış vəsait tam olaraq “iş adamı” H.Məmmədovun hesabına köçürülüb. Ancaq müqavilə əsasında  verilməli olan vəsait də artıq H.Məmmədovun hesabında yoxdur. Həmin vəsaiti hara, kimə, nə üçün ödənilməsi məlum deyildir.
Adil Xudadatov da işin içində
Digər bir halda isə Yeni Bulvar kompleksinin tikintisində baş verən qanunsuzluq yer alır.  Belə ki, iş adamı Z.Fərəcovun sözlərinə inanaraq təmir-tikinti və yenidən qurma işləri ilə əlaqədar lazım olan avadanlıq və tikinti materiallarını tanıdığı iş adamlarına sifariş edir. Onların dəstəyi ilə bütün məhsulları alaraq tapşırılan işləri yüksək səviyyədə yerinə yetirir. Bununla bağlı sahibkar cumhuriyyet.az-a bildirir: ” İşlərin görüldüyü zaman əvvəllər veriləcək pullar bizə şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi. Adil Xudadatovla aramızda yaranan münasibət nəticəsində onun tərəfindən mənə məlum olmuşdur ki, verilən pullar şəhərdə fəaliyyət göstərən iş adamlarından və müxtəlif təşkilatlardan yığılıb verilirdi. Çünki, mən material üçün pul lazım olduğunu bildirdikdə deyirdi ki, hələ pul yığılmayıb, yığılan kimi çatdıracağam. Mən işlərin dayanmamasına görə tanınmış iş adamı olduğum üçün tanışlarımdan nisyə tikinti materialları alırdım. Kompleksin tikintisində çalışan işçilərin əmək haqlarını daxili imkandan va münasibətim olan imkanlı dost-tanışlarımdan pul almaqla ödəyirdim. Çünki, Z.Fǝrǝcov va A.Xudadatov mənə işlərin dayandırılmamasını xahiş edir və yaxın zamanlarda pulun ödənilməsinə söz verirdilər. Hətta, işin vaxtında təhvil verilməsi üçün yalvarırdı. Qeyd etdiyim kimi, imkanlar daxilində mənə tapşırılan işi tam və keyfiyyətlə yerinə yetirdim. Buna görə müəyyən şəxslərdən götürdüyüm tikinti materiallarının dəyərini və bu işə görə borc götürdüyüm şəxlərə borcumu hələ də ödəyə bilmirəm”.
Gündüz Əliyev necə prosesə qoşuldu
İllərlə Adil Xudadatov vasitəsilə iş adamlarını aldadan icra başçısı indi də digər müavini-Gündüz Aydın oğlu Əliyevi dövriyyəyə salıb. Maraqlıdır ki, Z.Fərəcov ən yaxın keçmişi “MTN-ə xərac verən mebelçi” kimi tanınan Gündüz Əliyevin parlamasına hər zaman xüsusi diqqət ayırıb. Bununla bağlı cumhuriyyet.az- ölkə mediasında yer alan məlumatlara istinadən bildirir ki, başçı müavini qısa zamanda parlayıb, lakin onun hansı uğurlara imza atdığını söyləmək çətindir. Sadəcə, indiki vəzifəsindən əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis əvəzi çalışıb. Mətbuatda yazılanlara görə, həmin dönəmdə böyük korrupsiyaya imza atması ilə yadda qalıb.
Eyni zamanda Gündüz Əliyevin məhz Sumqayıtda bulvarın tikintisi üçün ayrıla 3,7 milyon manatla icra başçısı Zakir Fərəcov oğlunun adına restoran da tikdirdiyi də yayılan məlumatlar arasındadır.
Mediada bildirilir ki, G.Əliyev Z.Fərəcova Nizami parkı ərazisindəki tikinti ilə bağlı sənədə də imza atdıra bilib və məlum olub ki, başçı müavini başqasının adına özünə obyekt inşa etdirib.
Bundan başqa, G.Əliyevin Sumqayıtda bir neçə obyektə sahib olması haqda da məlumatlar var. Bu obyektlər arasında şəhər bulvarındakı “Gənclik City” mərkəzi ən öndə gedənidir.
İddialara görə, G.Əliyev Fərəcov komandasında yer almamışdan öncə Sumqayıtda imkanlı iş adamlarından biri kimi tanınıb. 2002-ci ildən Sumqayıtda özünə məxsus bağ sahəsində mebel sexi açaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Onun sexi sonralar tenderlərdə qalib gəlmiş podratçı şirkətlərin sifarişi ilə subpodrat işləri də həyata keçirib.
Onun maddi imkanları o zamankı “MTN çetesi”nin də diqqətini çəkib və 2014-cü ilin sonlarında Sumqayıt şəhərinin Heydər Əliyev prospektində yerləşən «Buta» kafesində keçirilən “əməliyyat” zamanı G.Əliyevə çatmalı olan 161 min manat pul ələ keçirilib. Bu gün isə G.Əliyev icra başçısına başqa bir xidmət göstərməklə mövqelərini möhkəmləndirmək niyyətindədir. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə Gündüz Əliyevin vasitəçiliyi ilə guya borcların tam ödənilməsi haqda yalan sənəd hazırlanıb və bu sənəd yuxarı instansiyalara göndərilib. Amma hələ də haqqını ala bilməyən sahibkarlar və 200-dək fəhlə bu faktı təkzib edərək dövlət qurumlarına teleqram vurur. Faktik olaraq Gündüz Əliyevin əməli icra başçısını qorumaq xatirinə prezidenti aldatmaqdır.
Belə qalmaqallı məmurlar isə hələ də vəzifələrdə yer alır, təltif olunur, varlanmalarına, rəhbərlikdə təmis olunmalarına şərait yaradılır.
Hərçənd ki, icra hakimiyyətlərində fundamental şəkildə islahatlara ehtiyac var. İH-lər belə kadrlardan “təmizlənməsə” və idarəçilikdə yeni yanaşma olmasa G.Əliyev kimi məmurlar öz qaranlıq işlərini davam etdirəcəklər.

 
0.045912027359009