TELEKANALLARIN UCUZ ŞOUSU

 

Azərbaycan məkanlarında yetərincə telekanallar mövcuddur ki, bir-birləri ilə rəqabətə çıxaraq tamaşaçı üçün mecə deyərlər əsl dəridən qabıqdan çıxırlar desək çox güman ki yanılmarıq. Amma gəlin etiraf edək ki, bu gün cəmiyyətin aynası adlandırdığımız telekanallar tamaşaçının zövqünü oxşaya bilirlərmi. Ölkəmizdə tvlər hansı səpkidə, hansı formada proqramlarla tamaşaçı kütləsi toplayırlar.

Elə ana televiziya olan Aztv bu gün necə deyərlər forma və dəsti xəttini dəyişib tamaşaçı auditoriyası yığmağı bacarsa belə görünür hələ tam formalaşmağına bir neçə il lazımdır. Güman edirəm məni bu fikrimə görə mühakimə etməzsiniz əziz oxucu. Bu gün bir məktəb sayılan Aztv haqda fikir yürüdə bilərik bəs yaxşı digər telekanallarda vəziyyət necədir?

Həkimə getmə, səni tv müalicə edə bilər...

Bu gün hər bir vətəndaş tv kanalında nəsə maraqlı bir proqram axtarışına çıxır. Amma nə yazıq ki, axtardığımızın əvəzinə tvlərdə maraqlə proqram əvəzinə yalnız deputat kimi çıxış edən həkimlərə rast gəlirik. Bunu Kanal S  Xəzər, Arb,Dünya tv kimi kanallarda tez tez müşahidə edirik. Kimisi “xərçəngdən”,kimisi “doğuşdan”, “təzyiqdən”, “ürək xəstəliklərindən”, kimisidə “babasil” və sair xəstəliklərdən danışırlar ki özünü bir anlıq ya özəl klinikada, yada hər habsısa əməliyyat masasında hiss edirsən. Və ən maraqlısı odur ki tamaşaçı o qədər maariflənir ki özünü həkim və ya tibb elmləri doktoru hesab edir. Bəs onda görəsən ATU niyə Bakıda fəaliyyət göstərir? Burda yaxşı deyiblər, gorun çatlasın Hippokrat.

Evlənməyə daha əziyyət çəkmə...

Xəstəliklərlə bərabər indi evlənib və ya ərə getməyədə artıq xərc, əziyyət çəkmək lazım deyil. Bu gün evlənmək xoşbəxt olmaq evdə qalan gəlinlik geyinmək arzusundadırsa heç tərəddüd belə etmədən ya ARB yə, yada ATV yə üz tuta bilərlər. İnanın adamı elə gözəl nişanlayıb evləbdirirlər ki adam dəfələrlə boşanıb evlənmək arzusunda olur. Əgər bir ailənin xeyr duasını Elgix və Zaur verib qırmızı lentini Fatimə kimilər kəsirsə deməli ailə formalaşır və daha da “xoşbəxt”olurlar. Odur ki daha şadlıq sarayı filan bron etmək xərcə girmək lazım deyil. Çünki yenədə qeyd edim ki ATV və ARB səni evləndirir, hətta əgər övlad sahibi olmaq istəyirsənsə onada köməklik edir. Dağılasan ay dünya....

Polisə getmə, biz tapırıq...

Ən maraqlısı odur ki evliliklə bərabər artıq ölən üçün, itən üçün, qaçan üçün polisə müraciət etmək lazım deyil.Elə Xoşqədəmlə, Laləyə ağız aç sözün yaxşı mənasında 5-3manatda görüm baxım elə sənin itəninlə bərabər sənin uzun illər yoxa çıxan nəsil nəcabətinidə gətirsin. Burdan belə bir fikir yaranır. Hər hansısa bir polisin illərlə apardığı işi görəsən Xoşqədəmlə, Lalə bir neçə günə üstün necə aça bilir? Bəlkə bəsirət gözləri açıq olan bu xanımlar medyum fərasətinədə malikdirlər?

Əslində yazılası və deyiləsi söz çoxdur. Amma nə fayda. Bu gün gerçəkdən tv kanallarımızın fəaliyyəti bərbad eləcədə acınacaqlı vəziyyətdədir. Aparıcının əndrabadi cümlələri, leksikonun qıtlığı, söz kasadlığı ondan xəbər verir ki ölkəmizdə fəaliyyətdə olan kanalları sözün yaxşı mənasında ehmallıca və astaca ələnməlidirlər.

Mövzuya qayıdacağıq...

Aydın Ulusoy

0.03116512298584