News.ru Laçın yolunda keçirilən etiraz aksiyası haqqında: “Ekoloqların aksiyası dinc xarakter daşıyır” - VİDEO

Artıq bir aydan çoxdur ki, Azərbaycanın Qarabağ iqtisadi rayonu ilə Ermənistanı birləşdirən Laçın yolunda dinc aksiyalar keçirilir.    

Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismar olunduğunu bildirən azərbaycanlı ekoloqlar orada etiraz aksiyası təşkil ediblər.  

Ermənistanda isə iddia edirlər ki, ərzaq məhsullarının da daşındığı yol faktiki olaraq bağlıdır və G20-nin vəziyyətə müdaxiləsini tələb edirlər.

Hadisə yerində olan NEWS.ru agentliyinin müxbirlərinin araşdırması nəticəsində isə məlum olub ki, mülki nəqliyyat vasitələri nəzarət-buraxılış məntəqəsindən keçərək sərbəst hərəkət edir, ekoloqların etirazı isə dinc xarakter daşıyır.

Laçın yolundan eksklüziv kadrlar:

 

0.029857158660889