Toppuş bacıdan ACI XƏBƏR GƏLDİ: "Təəssüf ki..."

Səhhətim və maddi vəziyyətim çox ağırdır”.

BakuPress.Az xəbər verir ki, bu sözləri “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi bədənində yeni törəmələrin aşkar olunduğunu açıqlayıb:

 

“Başımda yeni törəmələr əmələ gəlib. Ayaqlarım tamam tutulub. Yeriyə bilmirəm. Bir neçə gün əvvəl şüa aldığımdan prosesi yenidən təkrarlaya bilmirəm. İynə-dərmanlarla zaman qazanmağa çalışıram”.

Tünzalə maddi vəziyyətinin də pis olduğunu dilə gətirib: “Maddi yardıma böyük ehtiyacım var. Amma təəssüf ki, kimsə yardım etmir”.

0.035449981689453