Cənab başçı,Yetim Sumqayıtı yiyəsiz görməyin,bu yetimlərin dövlət boyda yiyəsi var...

Canlanır hər qarış çöl Sumqayıtda,

Xarüqələr yaradır el Sumqayıtda!

 

 

Mahnı hamıya tanışdır yəqin ki. Bu gün isə Sumqayıtda camaat canlanmır, canlılar da ölüyə dönüb.

Hərdən Sumqayıt uşaqlarına ürəyim ağrayır. Hər gün bir parça çörəkdən ötrü saatlarla səhər-axşam Bakı-Sumqayıt yolunda tıxacda çürüyürlər. Səhər 6-da evdən çıxırlar ki, amanın günüdür saat 9-da işdə ola bilsinlər. Bir vaxtlar nənəm deyərdi ərsizlərə ər, yersizlərə yer olub Sumqayıt. Kimin əri ölərdi, kim yetim qalardı gələrdi Sumqayıta ev-eşik sahibi, iş-güc yiyəsi olardı. Bu gün isə kasıbçılıqdan əziyyət çəkir bu şəhərin sakinləri. Düşmüşük ucqar rayonlarda 5 -10 manat rüşvət alan məmurların üstünə...Sumqayıtın sakinləri Fərəcov Sumqayıta başçı gələndən lap yetim qalıb.Vəziyyət günbəgün ağırlaşır.Amma hələdə buna bir reaksiya yoxdur.Bir bulvar yaratdı bununda pulunun hələdə davası gedir .Heç "Sumqayıtın yetimləri"orda çay içməyə pulu çatmır.İndi sual olunur kimə lazım idi bu təngi taraz?Hə yadıma düşdü Fərəcovun qohum əqrabasının cibinə xeyri var.

Mən sumqayıtlı balasıyam buranın tarixini o vaxt sənədli film çəkilirdi arxiv arxiv gəzmişəm,bu şəhərdə əməyi olan kişilərdən müsahibə alıb sessnari yazmışam.Odur ki,mənim qədər bu şəhərin tarixini Fərəcovun 5 manatına tərif yazan jurnalistlər bilməz.Heç Fərəcovda bilməz,o vaxt başı bələdiyyədə torpaq alverinə qarmışdır.

Mətbuatda bəzi jurnalistlərin mövqeyi məni şoka salır.Deməli əvvəlcə problemli şikayətçinin sən gör mən nələr edəcəm.Hətta yaxşıca baxım görümlə işə başlamağı vəd edir,evinin tikilməsinə tikinti materal alır,hesabına pul para həmin an işini aşırır.Bu dəm ağlına batır ki,əşi bu qəpik quruşla iş aşmaz keçir o biri tərəfə orada verilən maddi dəstək daha sərəfəli olur.Beləcə başlayır düz yazan mətbuatı gah müxalif,gahda hansısa həbslərlə ittiham etməyə...Yadınıza salım ki ,onsuz bizdə kim kimdən xoşu gəlmirsə nəsə bir adla həbs elətdirib başına oyun gətirir. Son günlər Mehdiyev ,Talıbovların dövlətimizdə" imperiya"yaradanlar süqut etməkləri bir örnək idi.Yaxşı bu həmən jurnlistlər niyə belə oyuna girir anlamıram vallah.Belə olduqda mediaya güvən itir.

Zakir Fərəcovla bağlı araşdırma yazılarım bir mənalı qarşılanmayıb.Hətta bir vaxt həbsində ən çox müdafiə etdiyim həmkar dostlarım az qala nələr uydurub yazmaqlarını gördüm.Amma mən yenə ad çəkmirəm çünki bu mənə yaraşmaz.Qərəz deyil mövqe bildirmək lazımdır.

 

Fərəcov hələ Abşeronda işlədiyi dönəmdə ağır ittihamlarla mətbuatın gündəmində idi.Amma nəticədə Abşeronu bərbad edən başçı Sumqayıta başçı gətrildi.

Bu xəbərlərdən sonra da jurnalist Zakir Fərəcovu işdən çıxarmalı idi?

Bu barədə faktları tükənmədən saymaq olar. Hətta oraya qədər ki, Zakir Fərəcov bu ittihamlardan bezib ,Bakı şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunacağı barədə dövriyyəyə buraxılmış xəbərləri məmnuniyyətlə oxumağa başladı. Bu xəbərlər isə başqa aləmdir və bu barədə başqaları da yaza bilərlər. Söhbət isə yalnız Zakir Fərəcovdan getmir. Söhbət korrupsiya və sair iqtisadi cinayətlər haqqında faktların mətbuatda nəinki bomba, heç qovrulmuş şabalıd effekti ilə də partlamamasından gedir. Bu faktlara sahiblik edənlər dövlət məmurlarıdır və onlar öz vəzifələrində işləməyə davam edirlərsə, deməli, günah mətbuatdadır. İctimai rəyə bu postulatı sırıyırlar. Günah mətbuatdadır.

P.S.Nə olar əziyyətlə ərsəyə gələn bu şəhəri , dövlətin pulunu yeyib,sahibkarların puluna guya gözəlləşdirib ,halal şəhərə haram qatmayın.Yetim Sumqayıtı yiyəsiz görməyin.Bu yetimlərin dövlət boyda yiyəsi var.

Şəfəq Ağacan

0.037639141082764