Bu gün mərhum xalq artisti Nuriyyə Əhmədovanın doğum günüdür

Bu gün mərhum xalq artisti Nuriyyə Əhmədovanın doğum günüdür.Nuriyə Əhmədova 26 dekabr,1950 -ci ildə dünyaya gəlib.Yaşasaydı bu gün 72 yaşı tamam olacaqdır. Sağlığında bir çox əziyyətlər görən, evi olmadan dünyasını dəyişən xalq artisti  2015-ci il ,oktyabrın 10-da xəstəxanada ürək tutmasından vəfat edib.

Nuriyyə Əhmədovanın ömrünün son illərində evində qaldığı rəfiqəsi, əməkdar artist Nahidə Orucova onun ölümü və çəkdiyi əziyyətlərlə bağlı bəzi məqamları BakuPress.az saytına danışıb.

Onun sözlərinə görə,  Nuriyənin yaxınları bacılarının ona sahib çıxmamaları, onu qapılarda saxlamaları aktrisaya mənəvi zərbə vurub:

“Nuriyyənin bacısı onun ürəyini partlatdı. Onu qapılarda qoydu, bacı bacını qapılarda qoymazdı. Nuriyyə xanım bəlkə də hələ yaşayardı. Halbuki Nuriyə xanım hər zaman bacıları və qardaşına dəstək olub.Ömür boyu onlara kömək edib.Amma bacısının bu münasibəti, onu qapılarda qoyması Nuriyyənin ürəyini partlatdı. Nuriyyənin axırına belə şeylər çıxdı. Nuriyyə ümumiyyətlə çox qayğıkeş,həsas,rəhimli və sadiq  bir insan idi.Bu gün Nuriyyənin ad günüdür.Mən hər il ad günündə onu xatırlayır,yada salıram.  Nuriyyə xanım son illər mənim evimdə qalırdı,ana bacı ,həyan idi mənə.Ana qayğısı göstərir,sirdaşım idi.Ümumiyyətlə Nuriyə xanım həm insan ,həmdə aktrisa kimi əvəzsiz biri idi.Ondan bir daha dünyaya gəlməyəcək.  

O, ancaq mənim yanımda rahat olurdu. Özü də deyirdi ki, Nahidə, mən ancaq sənin evində rahatlıq tapıram. Bütün sənət adamları da bunu bilirdilər. Elə məndə onunla rahat idim.Yeri çox görünür.Ona zəng çatmayanda mənə zəng vurub Nuriyyəni soruşurdular. Biz bir evdə mehriban yaşamışıq. Nə tapmışıqsa, onu yemişik”.

 

 

Ömrünün sonunda da aktrisa Nahidə Orucovanın evində onunla birlikdə yaşayıb:


Nahidə Orucova Nuriyyə Əhmədova haqqında daha bir məlumatı açıqlayıb. Qeyd edib ki, Nuriyyə Əhmədova ömrünün sonunda məcburən kirayədə yaşamalı olub:

“Evimin təmirə ehtiyacı var idi. Nuriyyə məcburən kirayə ev tutmalı oldu. Çünki bacısı onu evinə buraxmadı. Dedi ki, rayona gedir və qapını qıfalladı. Sağlığında ona qiymət vermək lazım idi. Amma o vaxt dedi ki, “rayona gedirəm, evimi heç kimə əmanət edə bilmərəm”. Onda Nuriyyə ağlaya-ağlaya bizə gəldi. Nə baş verdiyini soruşdum. Dedi, “heç nə, bunlar mənim ürəyimi partlatdılar”.  

Bacılarıda dünyasını dəyişdi,çünki onları yaşadan Nuriyyə idi.Həyatdır nə deyim.Bu xanımın ürəyi çox böyük idi.Hər kəsə görə özünü yordu,qayğısını çəkdi.Özünün dağ boyda dərdi,uğursuz ailəsi,bununla belə bacılarının yükünü çəkirdi,sonda onu tək qoydular.Nəisə...Əsas odur bu gün onun ruhu şaddır.Çünki onu tanıyan hər kəs və xalq onu daim yada salır.Qadın kimi bədbəxt olsada,aktrisa kimi xoşbəxt idi.

.

Allah o dünyasını versin,dərdli amma qürurlu qadın idi.Azərbaycan səhnəsi,kinosu artıq 7 ildir Nuriyyəsiz qalıb.Nuriyyə Əhmədova həm tamaşaçılarının ,həmdə mənim qəlbimdə hər zaman yaşayacaq.Ölməz sənətkar kimi teatr və kino tariximizdə adı qızıl hərflərlə yazılıb.

BakuPress kollektivi olaraq Allah Nuriyyə Əhmədovaya rəhmət oxuyuruq.Əsl sənətkarlar heç vaxt unudulmur,hər zaman xalqın yaddaşında yaşayır.

0.13055205345154