Şabranda maşın aşdı: Xəsarət alanlar var

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

 

BakuPress.Az-ın məlumatına görə, hadisə magistralın Şabran rayonu ərazisində keçən hissəsində qeydə alınıb.

Nəqliyyat vasitəsinin yoldan çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Fariz Bayramoğlu və 1975-ci il təvəllüdlü Samirə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

0.037345886230469