Şəfəq Ağacan-Mənim ziyarətgahım Qızılağac kəndidir (1-ci hissə)

Mən Sumqayıtda doğulub böyümüşəm.Amma əslən Masallının Qızılağac kəndindinin, Qərəymanlı məhəlləsindənəm.

Yəni kökümüz Qaraman türk tayfalarındandır. Masallıdan olanlar bilir ,Ağabala müəllimin nəvəsi ,Məşədi Ağacanın nəticəsiyəm.Hər dəfə Masallıya,Qızılağaca gələndə burda yeni heçnə görmür,rəhbərliyin rayona və kəndə laqeyd münasibəti bir jurnalist kimi məni çox narahat edirdi.İllər sonra yenidən bu gün o kəndə getmişdim.Yeni rəhbərliyin və millət vəkili Məşhur Məmmədovun rayon və kəndimizə diqqəti və xeyli inkişafı məni sevindirdi.Hətta Məşhur müəllimin rayon haqqında ensiklopediyanın ərsəyə gəlməsi və hazırlanmasına dəstəyi məni çox sevindirdi.Bir ziyalı kimi millət vəkilinə xüsusi təşəkkür edirəm.

Məşhur rus tənqidçisi Belinskinin bir sözü yadıma düşür: “Yaranan əsərlər də doğulan körpələr kimidir. Körpələr ana bətnində yaranır, sonra dünyaya göz açır, ayaq tutub yeriyir, böyüyür. Əsərlər isə hər bir müəllifin təxəyyülündə, təfəkküründə, ürəyinin dərinliyində dönə-dönə təkrar olunur, sonra isə sətirlənir, vərəqlənir, cildlənir”. 

Mənim uşaqlıq yaddaşımda yay tətillərində babamın kəndimiz haqqında mənə söhbəti yaddaşımda uşaq xatirəsi kimi qalıb.Babam bizi tez tərk elədi daha sonra isə nənəm kəndimiz, onun keçmiş insanları haqqında maraqlı söhbətlər edərdi. Başımı dizinin üstünə qoyub dinlədikcə haçan yuxuya getdiyimdən xəbərim olmazdı.

Heyf indi baba ocağımın qapısı bağlı qalıb. Babam ,nənəm yox, yalnız uzaqdan göz yaşları ilə bu həyətə baxa bildim.Amma kəndim var və bu kəndi çox sevirəm.Bu kənddə mənim babalarımın,nənənələrimin,atamın,yeniyetmə bacımın və qəhrəman şəhidlərimin məzarı var ,odur ki,mənim ziyarətgahım Qızılağac kəndidir.

Bu kənd haqqında 3 hissəli yazımın 1 -ci hissəsini sizə təqdim edirəm.

 

Baba yurdum QIZILAĞAC -1-ci hissə

 

Kənd Masallı rayon mərkəzindən 17 km şimal-şərqdə, 

Qasımlı d.y.st.-dan 8 km qərbdə, 

Viləş çayının sağ sahilindən 3 km aralı, 

Viləş kəndi-Lənkəranın Liman şəhəri şose yolunun kənarında, 

Lənkəran ovalığının Qızılağac körfəzində, 

Muğan zonasında, düzənlik sahədə yerləşir. 

 

Həmsərhəd olduğu kəndlər:

 

Qərbdən Viləşkənd, 

cənubdan Qasımlı,

 cənub-şərqdən Təzəkənd kəndləri ilə həmsərhəddir.

 

Qızılağac adının mənası:

 

Kəndin adı “qızıl” və “ağac” sözləri ilə əlaqədar deyil. Türklərin ulu babaları olan hunların içərisində “Qızıl tayfa” adlı tayfa da varmış. “Qızıl” qiymətli əlvan metal, “ağac” isə uzunluq ölçü vahidi (6-7 km) olması fikri də var. Türklərdə və farslarda “Qızıl” şəxs adı da var.. 

 

Kənddəki məhəllələr:                          

 

Kəndi 5 məhəlləsi var: 

 

1. Qərəymanlı (Karamanlı) məh. – Orta Asiyadan Kiçik Asiyaya (Türkiyə) qədər yayılan türk tayfası Qaraman adlı şəxsin adı ilə.

 

2. Bahadırlı məh. – Şeyx Fətullah Axundun babasının adı ilə bağlıdır.

 

3. Muradxanlı məh. -  Azərbaycanın bir sıra rayonlarında da Muradxanlı kəndləri vadır. Muradxanlılar Qızılbaş tayfa birliyinə daxildir.

 

4. Cınqırlı məhəlləsi.

 

5. Alçallı məh. – Qızılağac ilə Qədirli kəndi arasında olan Alçallı yaşayış məntəqəsindən tarixən köçüb gələn adamlarla bağlıdır.    

 

Tarixi hadisələr: 

 

1614-cü ilin 19 dekabrında Rusiya elçisi M.N.Tixonov I Şah Abbasla Qızılağac kəndində görüşmüşdür. 

Orta əsr Avropa səyyah və diplomatlarından Şarli Antoni, Con Bryus, Adam Oleari, Volınski və b. Qızılağacda olmuşlar.

 A.P.Volınski 1715-18-ci illərdə Azərbaycan və İranda olmuş, bir çox şəhərlərlə birgə Qızılağac haqqında da məlumat vermişdir. 

XVIII əsrin 30-cu illərində rus hidroqrafları Qızılağac limanını tədqiq etmişlər.    

Hətta Stalin gənclik illərində bu kənddə olmuş,Qızılağaclı Qoçu Məmmədlə dostluğu olmuşdur.

 

 

 

Qızılağaclı Musa xan

Talış xanlığının yaradıcısı

 

 Əslən Qızılağac kəndindən olan Musa xan öz zamanının bacarıqlı dövlət xadimi, uzaqgörən siyasətçisi olmuşdur. O, Talış xanlığının yaradıcısı olmuşdur. Bu xanlıq 18-ci yüzilliyin başlanğıcından mövcud idi. Həmin dövrdə bu xanlıq hələ kiçik sahəni tuturdu və tam müstəqil deyildi. Xanlığın banisi olmuş Musa xan bu vəzifəyə rus çarı tərəfindən  təyin olunmuşdu. Görkəmli Azərbaycan tarixçisi A.A.Bakıxanov “Gülüstani-İrəm” əsərində yazır kı, həmin dövrdə Astara xanlıq mərkəzi olan Talış xanlığı adlanırdı və hakimi Talış xanı Musa xan idi.

Rusiya imperatoru I Pyotr 1722-ci ildə Xəzərsahili əraziləri işğal etmək üçün hərbi müdaxilə etdi. Qarışıqlıqdan istifadə edən  yerli feodallardan Əmir Aqis  Lənkəranda, Məhəmmədhüseyn Astarada, Musa xan isə Qızılağacda özlərini müstəqil hakim elan edirlər.

1725-ci ildə Musa xan çoxsaylı qoşunla Lənkərana və Astaraya hücum çəkib öz rəqiblərini məğlub edir və onları zindana saldırır.  O, Talış əyalətinə tam nəzarət etmək üçün 1727-ci ildə mərkəzi Qızılağacdan  Astaraya köçürür. 

Musa xan  mərkəzi Astara olan Talış xanlığının yaranmasını elan edir. Qeyd edək kı, Musa xan öz hakimiyyətini qoruyub saxlamaq üçün həm Rusiyanın və həm də Səfəvilərin hakimiyyətini müdafıə edirdi. 

Musa xanın tikdiyi qalalardan biri Qızılağacda, digəri isə Astarada və Lənkəranda tikilmişdi. Beləliklə, diyar 1722-ci ildən 1732-ci ilə kimi Rusiyanın tərkibində olmuşdur. “О zaman [оranın hakimi] astaralı Musa хan Nadirə bir о qədər də baş əyməmişdi. Kеçmiş qоcaların dеdiyinə görə, Musa хanın Nuşirəvan tayfasından оlduğuna çох еhtimal vardır. [О] Astara Kürabında müstəqil hakim оlmuşdur. 

Qızılağaclı Musa xanın  hakimiyyətinin ilk illərində indiki Biləsuvarın mərkəzindəki körpüyə qədər olan əraziləri, həmçinin keçmış Qala bazar yeri (indiki Masallı şəhəri), Alvadı, Banbaşı kəndləri də ona tabe idi.

Nadir şah üsyanları bəhanə edib, Rusiyaya meyilli siyasət yeritmiş Musa xanı, qardaşını və böyük oğlunu həbs edir. Musa xandan sonra Şirazlı İbrahim xan mahal hakimi təyin olunmuşdu. 

 

Ardı növbəti buraxlışımızda.

 

Şəfəq Ağacan

0.029789924621582