DÇ-2022: İngiltərə 1/4 finalda - YENİLƏNİB + VİDEO

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin İngiltərə - Seneqal matçı başa çatıb. 

BakuPress.Az xəbər verir ki, qarşılaşmadan 3:0 hesabı ilə qalib ayrılan İngiltərə yığması 1/4 finala yüksələn ikinci komanda olub. 

 

Onlar bu raundda Fransa ilə qarşılaşacaqlar.

00:16

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin İngiltərə - Seneqal matçında növbəti qol vurulub. 

BakuPress.Az xəbər verir ki, qarşılaşmanın 57-ci dəqiqəsində Bukayo Saka İngiltərənin heyətində üçüncü qolu vurub. 

00:06

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin İngiltərə - Seneqal matçında ikinci hissə başlayıb. 

BakuPress.Az xəbər verir ki, ilk hissə İngiltərənin 2:0 hesablı üstünlüyü ilə başa çatıb. 

23:48

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin İngiltərə - Seneqal matçında ilk hissə başa çatıb. 

BakuPress.Az xəbər verir ki, hissənin son dəqiqəsində Herri Keyn İngiltərənin ikinci qolunu vurub. 

Bundan sonra hakim ilk yarının bitdiyini bildirib. 

23:40

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin İngiltərə - Seneqal matçında hesab açılıb. 

BakuPress.Az xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində Cordan Henderson İngiltərəni önə keçirən qola imza atıb. 

0.042927026748657