Müdafiə Nazirliyindən AÇIQLAMA: "Yalandır, qəti surətdə təkzib edirik!"

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə BakuPress.Az-a Müdafiə Nazirliyindən bildirilib.

 

 

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - qeyd olunub.

0.035560131072998