ŞƏFƏQ AĞACAN-Rəşad Dağlının taleyi üzərindən alver edən mediamız ...

Son günlər ölkə gündəmini Rəşad Dağlının qətl hadisəsi törətməsi,mən deyərdim ki,44 günlük müharibədən sonra Zəfər xəbərimizdən sonra ən çox izlənən xəbər oldu.Hətta məhkəməsinin qarşısında olan insan izdihamı buna sübut və danılmaz həqiqətdir.Hərə bunu bir cürə yozdu,bəzi yazarlar,deputatlar hətta bunu pis örnək ,millətin cahilləşməsi,"meyxana"janrının törətdiyi guya milli faciəmiz adlandırdılar.

Bəli,bütün hallarda insanın canına qəsd cinayətdir.Rəşad bunu dərk edərək özü polisə təslim olub.

Vallah meyxanada nə günah var ?Bax bunu bilmirəm...

Amma bundan istifadə edənlər nələr etmədilər,mediasından tutmuş,işbazları,sosial şəbəkələrdə layk yığanlara qədər...

Danılmaz reallıq isə xalqın şairinə sevgisi və hadisədən məyus olan məhkəmə qarşısında toplaşan müdhiş bir izdiham...

Böyük fanat ordusu,can yandıranlarla yanaşı,Rəşadın Məhkəməsinin qarşısında şəkil çəkdirib ,"yaxşı oğlan"kimi özünü göstərən,arada yalandan söz gəzdirən "informatorlar" və nəhayət bunları işıqlandıran "sözbaz məhlə arvadlarının"peşəsini yerinə yetirən,"ələkçinin qıl verən"bəzi media nümayəndələrinə kimi hər kəs var idi.

Misal var ki, başına gələn başmaqçı olar.Heç bir cinayət törətmədən,əməlim deyil ,sözümə görə həbs görmüş,məhkəmələrdə 1 il ,6 ay mübarizə aparıb ,qolumdakı sifarişli zəncirləri qırıb ,azadlığa çıxmışam. Vəziyyətdən istifadə edib ara qatan ,özlərindən söz uyduran bəzi "həmkarlarımı",ailəmlə ən yaxın dost və silahdaşımı xüsusi adamların tapşırığı ilə ara qatan "canıyananlar" nifaq salanlar , təbii ki, həqiqi canı yanan hər kəsdən xəbərim var idi.Amma deyə bilmirdim ki,haqsız həbsin qurbanı olan mənəm ,kimsənin fitvasına uymayın.Sizin şok vəziyyətinizdən istifadə edən bu "tülkülər" düşmənimi tələb etmək əvəzinə, doğmalarımla yaxın insanları düşmən etmək,şübhəni özlərindən uzaq etmək üçün oyunçulardır.Hər fürsətdən yararlanlar o zamanda iş başında idilər.Nəisə suyu bulandırsalarda ,zəhərləyə bilmək arzuları ürəylərində qaldı.

 

İndidə camaat öz hayında ,yaranan olay hər iki ailə üçün ağırdır. Bir cavan qəbrə ,digəri Zindana gedib.Özüdə illərlə qonşu,yaxın bir birilərini yaxşı tanıyan adamlar.Ağızlarına gələni yazib,aləmi qatdılar.

 Gözəl şairdir,əxlaqlı ,sevilən insan və dəyərli söz xiridarıdır...

O aciz nədə zəif deyil.Səhv edib,düz edib onu Allahı və qanunlar qiymət verəcək.

Əl tutun ,güc verin daha əlini tutmaqdan ,dartib qolunu çıxarmayın!

 

Ən pisi isə mətbuat, hətta televiziya bunu edirsə... Bu, nə deməkdir? O deməkdir ki, artıq belə hallar biznesə çevrilib, dördüncü hakimiyyət adlanan mətbuat insanlara yox, öz məqsədlərinə xidmət edir.

Hələ Rəşada kömək pul yığan kim,mətbuat yazır ki,İş adamı 17 min dollar Rəşada kömək elədi,Gürcüstandan yaxşı qardaşlar 10 min manat kömək edir.Yaxşı qardaş nə dini baxımdan, nədə vicdanla,nədə kişilik baxımından bunu demir.Sonrasıda nəsə edən insan reklam eləmir.Sənə nə lazımdır? Rəşadın ailəsinin bilməyi ya Azərbaycanda Rəşadın hesabına tanınmaq?

 

Reytinq! Cavabı sanki bütün ittihamların qarşısında dayanacaq qədər güclüdür. Bu niyə tirajlanıb? Çünki, reytinq bundadır. Vəssalam. Reytinq pul deməkdir. Belə çıxır ki, pul Allah kimi qeyd-şərtsiz qəbul olunmalıdır. Əgər beləsə “İnsan alveri” adının qabağında medianı da qeyd etməli... İnsan üzərindən alver edən medianı...

 

 

 

 Kim hardan nə eşitdi ,danışdı,bizim mətbuat isə bəh -bəhlə bütün bu uydurmaları çap elədi.Nənəm belə vəziyyətdə deyərdi:" Qara qız evdə oturub,qulağı xəbər gətirib!"Sanki ,bunlar hamısı hadisədə orda olublar.Hap- gop uydurma danışanları,nə ola bir -bir istintaqa cəlb edələr.

 Hünəriniz varsa,bu millətin övladlarını şikəst qoyan bir "Narkobaronun" adını çəkin!! Gecəylə yer üzündən sildirərlər sizi.Araşdırın görün içəridə Narkobaron var?Əminliklə deyirəm yoxdur!Tutulanlar hamısı "Baronların"xəstə kuryerləridir.

Bilirsiniz necədi,xüsusi adamlar bu millətin gənclərinə “narkoman”, yaşlılarına “xuliqan” damğası vururlar.

 

 Bədahətən, qafiyə ilə deyişmək,söz yarışı... Bu cür istedad hikmətli söz ustadlar və ədəbi janr hər xalqa nəsib olmur. 

Şair olmaq üçün gərək 1 il Xoşbəxtliyə qafiyə axtarasan?Yoxsa necə?

 

Zamanla mənə maraqlı gəlib ,niyə biz özümüzdə olanı bəyənmirik?Amma bizim meyxanamıza bənzəyən ,amma sözünun dəyəri ondan qat- qat aşağı olan Afrikalının,Amerikalının "Repinə" bəh- bəhlə qulaq asır,hətta gəlib ağzına gələni oxusun, baha qiymətə bilet alıb konsertininədə gedirik.Niyə balam?Onlar" importnudur" yoxsa bizimkilərdən artıqdırlar?

 

Gözdən uzaq ,sevgisiz qalan,hər kəsdən bacarıqlı, lakin küçəyə atılan meyxananı özümüz bu günə qoymuşuq.Küçədə qayğısız,bir qarnı ac ,bir qarnı tox böyüyən uşaqlardan nə gözləyirdiniz?Hələ şükür edin ki,bu çətinliyin içində yetişən söz xiridarları olub və olacaq.Çünki ,elin gözü tərəzidir,sonda laqeyid və məsuliyyətsiz valideyn günahkardır,özbaşına böyüyən uşaq yox!

Meyxanamız ədəbiyyatımızın bir qolu olsada onu atdılar,vurdular,yıxdılar.Amma millətdən ayıra bilmədilər.Təbii ki,yenə deyirəm öz başına ,yiyəsiz olan uşağın yanında hər cür adam olar.Biçarə meyxanamız kimi...

 

Vallah tarixi varaqlasanız ,bilərsiniz dahi bildiyimiz ,bizi dünya səviyyəsində musiqi və şeirimizi tanıdan sənətkarların hamısı meyxanadan xəbərdar olub,hətta bu sənətin bilicilərini dinləyiblər.

Hamımızın sevimli filmi "Bizim Cəbiş müəllim"-də uşaqların meyxana kadrı ,bu gündə dillər əzbəridir.Guya bayağı mahnı yoxdur,ya mənasız şeir yoxdur?Qaldı ki,mey və xana guya meyxana sənəti ilə kim məşğuldursa ya içməlidir yada çəkməli...Ay millət, şair onsuz doğulandan meyxoş doğulur.Sözün sehri ilə onların ruhu İlahi eşqlə qidalanır. Onları əzib ,itələdikcə bizdən uzaqlaşır,pusquda dayananlar isə onları sərxoş eləyib,bu dünyadan küsdürdülər. Ədəbiyyat,incəsənət ,musiqi adamlarını ruh və hissləri idarə edir.Tez küsür bəzəndə təsirə düşə bilirlər.

   

 

 

Birdə ki,biz şeiriyyətə bağlı millətik ,hamımızın xəmiri sözlə yoğrulub.Xalqın sevgisini yalnız əsl şair qazana bilər.Kütlə şəklində toplaşan xalq isə etdiyi əmələ görə şairini qəhrəman etmir,sadəcə bu gün az tapılan əxlaqlı ,istedadlı ,sözün qiymətini bilən şair ömrünə görə azadlıq istəyir!

Rəşad Dağlı şairdir,həmdə sevilən şəxsiyyətdir. Rəşad əxlaqı və insanlığı ilə bunu qazanıb.Buda hər adamda cəmləşə bilməz.Şəxsən mən meyxanaya qulaq asan olmsamda, mənim üçün istisna olan və sevə -sevə dinlədiyim, Nizami Rəmzi, Aydın Xırdalanlıdan sonra şair Rəşad Dağlıdır.

Bir sözlə bir millət olaraq ,milli xarakterimizi şairin həbsində bir daha göstərdik.Amma bu onun törətdiyi əmələ bəraət verə bilməz! Şair, Allahdan xeyrlisini özünə istə!Qalan hər şey əfsanədir!

Hər kəs öz günahına özü cavab verir.Ən böyük hakim Allahdır ,doğru qərar onundur.

 

Gərək olmayaydı desəkdə,buda var ki,olacaq işə çarə yoxdur.Allah çətin işini asan etsin!Ölənədə Allah rəhmət eləsin!Əzrayıl onun canını aldı,səni qanda qoydu!

Allah səni anana,övladlarına,fitri istedadına bağışlasın!

Allaha əlim çatmır,duamı edirəm.Padşaha sözümü çatdıran bəlkə əli çatanın vicdanlı bir kişi çatdırar! 

Cənab Prezident,Şairimizə kömək edin!

 

 

Allah qapını açsın ,Şair!

 

Şəfəq Ağacan

1.2576038837433