Bu da bir son, Afət" - Flora Kərimova

"Bu da bir son, Afət! Ali Məhkəməyə kasasiya şikayətin də təmin olunmadı. Nə vaxta kimi özünü “haqlı” sayıb hər kəsi haqsız və məhkəmələri ədalətsiz hesab edəcəksən?".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkə hesabında yazıb. Müğənni ifaçı Afət Fərmanqızı ilə olan məhkəmə proseslərindən bəhs edib:

"Nə vaxta kimi üç aydan bir “oliqarx ərim” dediyinin maşınından sürgün həyatının “gözəlliyindən” video paylaşıb özünə təsəlli verəcəksən? Nə vaxta kimi toylar süfrəsinə möhtac qalıb reklamla paltar geyinəcəksən!? Maraqlıdır sadəcə. Cavab verməyə bilərsən, çunki susmaq daha çox işinə yarayır. Təkrar edirəm sənə, məni heç yaxşı tanıtmadılar. Sən isə heç arif olmadın ki, deyilən sözdən nəticə çıxarasan! Qarşıdan gələn ad gününə hədiyyəni məndən gözlə. Qayıt Vətənə, rus pasportunu da gətir. "Ad günü" demişkən, yadıma ad günümə sənin və Ülviyyənin (jurnalist Ülviyyə Alovlu - red.) mənə hazırladığınız gecikmiş və uğursuz "təbrikiniz" düşdü. Çağrılan hər yerə "canla-başla gələn" Ülviyyəni məhkəmə yenə tapa bilmir və noyabrın 14-ü 5-ci dəfə məcburi gətirilmə ilə məhkəmə təyin olunub. Çox qəribədir ki, bu üç ildə səni axtarıb tapa biləməyən polis 15 günə tapa biləcəkmi!?

Ülviyə, günəş tutulması da oldu. Sonra bilmədim demə! Və bir də heç bir dövlət qurumu nə jurnalist, nə publisist kimi səni tanımadığını Binəqədi rayon məhkəməsinə təqdim etdim".

Qeyd edək ki, F.Kərimova da Fərmanqızını məhkəməyə verib. Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunmasını tələb edir.

Xatırladaq ki, bir neçə aydır A.Fərmanqızı ilə Xalq artisti Flora Kərimova arasında məhkəmə çəkişməsi davam edir.

 

0.037909984588623