İranda daha bir yeniyetmə qız hökumət qüvvələri tərəfindən öldürüldü - FOTO

İranda daha bir yeniyetmə qız hökumət qüvvələri tərəfindən öldürülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

 

Arnika Qaim Məqami adlı gənc qız Tehranda keçirilən etirazlar zamanı hökumət qüvvələrinin başına vurduqları dəyənək zərbələri nəticəsində komaya düşüb.

Xəstəxananın reanimasiya bölməsinə yerləşdirilən qız oktyabrın 22-də həyatını itirib.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, başından ağır zədələr alan yeniyetmə qız repressiv qüvvələr tərəfindən aparılıb. Sonradan isə onun orduya məxsus xəstəxanada reanimasiya şöbəsində huşsuz vəziyyətdə olduğu məlum olub. Məsələnin ictimailəşdirilməsindən sonra hökumət rəsmiləri gənc qızın yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq öldüyünü iddia ediblər.

Xatırladaq ki, İranın məhkəmə hakimiyyəti və təhlükəsizlik orqanları son həftələrdə öldürülən onlarla insanın hündürlükdən yıxılma, zəhərlənmə və başqa bu kimi səbəblərdən həyatını itirməsi barədə cəfəng iddialar səsləndirib.

Qeyd edək ki, daha öncə baş örtüsünə görə öldürülən Məhsa Əmini, həmçinin Urmiya şəhərində hicabını açdığı üçün döyülərək öldürülən məktəbli qız və başqaları barədə də eyni yalan açıqlamalar verilmişdi.

İranda daha bir yeniyetmə qız hökumət qüvvələri tərəfindən öldürüldü????

Tehranda keçirilən etirazlar zamanı hökumət qüvvələrinin başına vurduqları dəyənək zərbələri nəticəsində komaya düşən və xəstəxananın reanımasıya bölməsinə yerləşdirilən Arnika Qaim Məqami adlı gənc qız oktyabrın 22-də həyatını itirib.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, başından ağır zədələr alan yeniyetmə qız repressiv qüvvələr tərəfindən aparılıb və sonradan onun orduya məxsus xəsətəxanada reanimasiya şöbəsində huşsuz vəziyyətdə olduğu məlum olub.

Məsələnin ictimailəşməsindən sonra hökumət rəsmiləri gənc qızın yaşadığı binanın 4-cü mərtəbəsinin balkonundan yıxılaraq öldüyünü iddia ediblər.

XAtırladaq ki, İranın məhkəmə hakimiyyəti və təhlükəsizlik orqanları son həftələrdə öldürülən onlarla insanın hündürlükdən yıxılma, zəhərlənmə və başqa bu kimi səbəblərdən öldükləri barədə cəfəng iddialar səsləndiriblər.

0.050024032592773