Fizuli İbrahimov-"makler",yoxsa"sahə inspektoru"?

Ulu öndərin əsasını qoyduğu dövlətçilik prinsipləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Lakin bəzi üzdəniraq vəzifə sahiblərinin yol verdikləri sui-istifadə halları Heydər Əliyevin qoyduğu dövlətçilik prinsiplərini kökündən baltalayır. Zaman-zaman belə vəzifə sahibləri cəzalandırılsa da, görünür bu bir çoxlarına dərs çıxarmağa kifayət deyil…
Fəaliyyətim dövründə hər zaman dövlət və dövlətçiliyimə ləyaqətlə xidmət etmişəm.Hər dəfə dövlətçiliyimizə xələl gətirən nöqsanları işıqlandırmışam.
Bu gün isə Daxili təhlükəsizliyimizin keşiyində dayanan polislərimizin xidmətindən danışmaq istəyirəm.Bir müddət Səbayel Rayonu ,Bayıl qəsəbəsi,Əhəd Yaqubov küçəsi,Bibiheybət şosesi 2 ünvanında yaşadım.Ərazi baxımından Səbayel rayonu 8- ci polis bölmənin ərazisinə aid olan bir məhəllə idi.Sözün açığı burda başıma gələnlərdən sonra təhlükəsizliyimi təmin etmək üçün bölmənin rəisi Samir Həsənovunda qəbulunda oldum.Çox mədəni,həqiqətən dövlətimizin xidmətində duran bir polis rəisidir,bu danmaq olmaz.Hətta bir dəfə mənzilimdə oğurluq hadisəsi baş vermişdir,xidmətdə olan polisin dərhal köməyə yetişməsi,yerində peşəkarlıqla tədbirlər görməsi göz önündədir.Bölmənin təhqiqatçısı Cəfərov Rahib müəllimin işini düzgün aparması ,rəftarı əsl polis adına layiq idi.Hamıya məlumdur ki,Bayıl həmişə qarışıq bir yer olub,yaşadığım müddətdə ərazidəki sabitlik polisin və onlara rəhbərlik edən rəisin düzgün iş prinsipidir.
Amma bəzən bu cür rəislərin işinə kölgə salan işçilərdə var.
"Yazıçı Anarın "Evləri köndələn yar" teletamaşasında da deyirlər, balığı uçastkovunun payından ver...Hamıya məlumdur ki,"Uçastkovu"nun payı olmağı ,bazarın ,kirayə ev verənlər,qanunsuz ev tikənlər "uçastkovu"nun payını verərək qanunsuz işlərini həmişə ört basdır edə biliblər.
Məhz mənim bir müddət yaşadığım Bibiheybət şosesi- 2 adlanan məhəllədə, sahə müvəkilinin payını verərək qanunsuz kim nə istəyir edir.Həmin ərazinin polis sahə inspektoru İbrahimov Fizuli İbrahim oğludur.Gözdən iraq bu məhəllənin düz girişində,yaşayış evlərinin ortasında tikinti materalları bazarı var.Siz təsvir edin ki, yük maşınları,tikinti materalları taxta,şalban yüklənir balaca uşaqlar oynayır,birinin başına düşsə faciədir,sementin,qumun tozunu hələ demirəm.
Bundan əlavə ,qeyri-qanuni ev tikən şəxs məsələni dərinə getmədən, daha asan olması üçün sahə müvəkkili ilə həll edir. Bunun üçün sahə müvəkkilinin haqqını verib tikintiyə başlayır. Sonrası isə göz qabağındadır: Məhəllənin hazırkı reallığı meydana çıxır, başdan-başa gecəqondular peyda olur.

Sahə müvəkkili Fizuli İbrahimov hər bir şeydən xəbərdardır, aparılan bütün qanunsuz işlərdən xəbərdar olur, göz yumur, qeyri-qanuni əməlin baş verməsinə şərait yaradır. Onun payını verib tikinti apara bilirsən. Bütün qanunsuz tikililərdən birinci sahə müvəkkilinin xəbəri olur. Bu o deməkdir ki, qeyri-qanuni evlərin tikintisi birinci sahə müvəkkilinin göz yummasından başlayır. Əraziyə cavabdeh olan hüquq-mühafizə orqanının nümayəndəsidir. İcra hakimiyyətinə xəbər çatana kimi qeyri-qanuni ev tikilib başa çatır.
Heç kimə sirr deyil ki, hər bir binada, hər bir məhəllədə sahə polis inspektorunun özünün informatoru olur. Polis onları qəsdən özünün informatoru seçmir. Həyatda “Üç bacı” serialındakı Maarif kimi adamlar çoxdur. Onlar könüllü şəkildə nə baş verdiyini – məhləyə hansı rəngdə maşının gəlməsindən tutmuş kimin evində ad günü keçirilməsinə qədər sutka ərzində bilgiləri xəbər verirlər.

Fizuli müəllim isə bir gecəyətikilən, gecəqonduları kirayə verən ev sahiblərinə "maklerlik" edir,evdən adam çıxarır,evə adam köçürür .Sual doğur bu adam dövlətə xidmət edir,yoxsa məhəllənin sələmlə pul verənlərinə,qeyri- qanuni işlərlə məşğul olanlara xidmət edir.Lazım gələrsə, tam faktlarla Fizuli İbrahimovun məhəllədə kimə xidmət etdiyini adlarınıda qeyd edəcəm.Bir sözlə Fizuli İbrahimovun nəzarətində olan bu məhəllə sələmçilər,narkobaronların,ara adamlarının qanunları ilə idarə olunan ,Hindistanın gözdən iraq bir məhləllərinə bənzəyir və bütün bunlara şərait yaradanda məhz Fizuli İbrahimovdur.
Xüsusi sələmçilərin,müqaviləsiz kirayə ev verib ,vergidən yayınaları,qanunsuz bazar,evlərin tikilməsi, narkotikanın açıq-aşkar alınıb-satıldığı yerdə niyə bir nəfər də olsun polis gözə dəymir? Niyə illərdir dövlətimizin belə hallarla mübarizə apardığını deyən hüquq-mühafizə orqanları şəhərin mərkəzindəki qanunsuzluğun qarşını ala bilmir?  Çünki,Fizuli İbrahimov kimi sahə müvəkilləri ciblərinə xatir ört basdır edir.
Konstitusiyanın 24-cü maddəsinə görə insan ləyaqəti qorunur və ona hörmət edilir.
Amma qeyd etdiyim ərazidə Konstituyamızın 24-cu maddəsi sahə müvəkilli ilə birləşən bəzi adamlar tərəfindən ciddi pozulur.

Polisə göstərilən hərtərəfli dövlət qayğısına, yaradılan şəraitə baxmayaraq, sahə inspektorlarının xidmətində də bəzi nöqsan və çatışmazlıqlar mövcuddur.
Bütün qeyd etdiklərim tam reallıq və faktlara söykənir.
İnanıram ki,işinin peşəkarı olan cənab nazirimizin ,bölmə rəisininin apardığı düzgün iş prinsip və xidmətinə kölgə gətirdiyi üçün Fizuli İbrahimovun ərazisi tam araşdırlacaq və bu işə qanunla qiymət veriləcək.
Araşdırmamız davam edir
 
 

0.14923596382141