Azərbaycanlı gəncin uğuru: Dünyanın ən yaxşı 10 universitetindən yeddisinə qəbul olundu

DİA-nın və BDU-nun məzunu Əli Ələkbərli dünyanın ən yaxşı 10 universitetindən 7-sinə qəbul olaraq hüquq üzrə magistr (LLM) təhsili almaq şansı əldə edib və universitetlərin əksəriyyətindən akademik və professional göstəricilərinə görə təqaüd (merit-based) qazanıb.

BakuPress.Az-ın məlumatına görə, Əlinin seçimi dünyada hüquq və texnologiyanın qarşılıqlı öyrənilməsi üzrə ən yaxşı universitet olan Stanford Universiteti (LLM in Law, Science and Technology) olub.

Qeyd edək ki, Prezident təqaüdçüsü olmuş Əli 2018-ci ildə DİM tərəfindən keçirilən magistraturaya qəbul imtahanında, 2021-ci ilin fevralında isə doktoranturaya qəbul imtahanında ölkə birincisi olub.

0.080240964889526