Bakının Sabunçu rayonunda yerləşən 112 nömrəli tam orta məktəbdə şagird öz sinif yoldaşı tərəfindən döyülüb.
Döyülən şagird ARB TV-yə danışıb.
“Mənimlə zarafat etdi, xoşlamadığımı bildirdim. O da belə davrandı”, - deyə o bildirib.
Məktəbli həmçinin qeyd edib ki, əvvəllər aralarında mübahisə olmayıb.
“Ondan bu zərbəni gözləmirdim”.