Ermənistanda separatçıların daha bir funksioneri saxlanıldı

Ermənistanda Qarabağdakı keçmiş separatçı rejimin funksionerlərindən biri olan Mişa Qyurcyan gecə saatlarında saxlanılıb.

Bu barədə erməni hüquq müdafiəçisi Ruben Melikyan sosial şəbəkələrdə məlumat verib.

Qyurcyan Qarabağın işğalı illərində qondarma separatçı rejimin rəhbərliyi tərəfindən Ağdərədə fəaliyyət göstərirdi.

Xatırladaq ki, mayın 24-də keçmiş separatçı rejimin Əsgəran qəsəbəsində funksionerlərindən biri olan Ayk Şamiryan ev dustaqlığına məhkum edilib.

0.036968946456909