Ərdoğan terror aktına görə Kazana səfərini yarımçıq qoyur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS sammiti üçün Rusiyanın Kazan şəhərinə səfərini yarımçıq qoyaraq oktyabrın 24-ü səhər saatlarında Türkiyəyə qayıdacaq.

BakuPress.Az xəbər verir ki, bu barədə "A haber" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, dövlət başçısı hələ oktyabrın 24-də görüşlər keçirəcəyini planlaşdırırdı, lakin Ankarada baş verən terror aktı ilə əlaqədar Kazanı vaxtından əvvəl tərk edəcək.

"TRT" televiziyası Ərdoğanın sammit münasibətilə təşkil edilən təntənəli qəbul mərasimində iştirak etməyəcəiyini bildirib.

0.24323391914368