"Nikosayağı”ya hökm oxundu -Video

"Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirliyə hökm oxunub. 

BakuPress.Az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Nicat Şakirli 5 il müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Eyni zamanda, N.Şakirli 3 il müddətinə də sürücülük hüququndan məhrum edilib.

 

0.033436059951782