Ağır xəstəlikdən əziyyət çəkən Cavanşir Quliyev Bakıya qayıdıb

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Bakıdadır.

BakuPress.Az-ın əldə etdiyi məlumata görə, bəstəkar fevralın 25-də saat 19:00 radələrində İstanbuldan Bakıya qayıdıb. Vəziyyəti yaxşıdır.

Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də halı pisləşib. İstanbulda dərhal xəstəxanaya yerləşdirilib. Beyninə qan sızdığı deyilib. Bəstəkarın ilk günlərdə vəziyyəti ağır olub.

 

 

Bəstəkar Cavanşir Quliyevin müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək verilir. Əməliyyatı uğurlu keçib.

0.02495288848877