Bakı məktəbində ŞOK HADİSƏ: Polis və məktəb rəhbərliyi hərəkətə keçdi

156 nömrəli orta məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 2023-cü il yanvarın 17-si məktəbdən kənarda  IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.

Bu barədə Mətbuata məktəbdən məlumat verilib. Qeyd edilir ki, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.

Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub,  aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir.
Qeyd edək ki, yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir.

Məsələ ilə bağlı BŞTİ də açıqlama yayıb. 

Açıqlamada bildirilir: "Paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürülüb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək". 

DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məsələnin nəzarətə götürüldüyünü bildirib. 

"Yayılan məlum videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır", -  Elşad Hacıyev qeyd edib. 

 

0.02559494972229