Əhmədin ali təhsil aldığı yer açıqlandı

Üç gün əvvəl ikisi uşaq olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədov barədə daha bir maraqlı məqam ortaya çıxıb.

BakuPress.Az xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 25 yaşlı Əhməd orta məktəbi bitirdikdən sonra Rusiyada ali təhsil alıb. Təhsili ilə bağlı o, bir müddət orada yaşayıb.

Üç gündür hər kəsi sarsıdan cinayət əməlinə görə həbs edilən Əhməd təhsil möhləti olduğu üçün 21 yaşında Hərbi Komissiyada qeydiyyatdan keçib.

 

 

Xatırladaq ki, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının aktına əsasən, çağırışçıya “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. Nəticədə Əhməd Mehman oğlu Əhmədov həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib.

0.030812978744507