Aygün Bəylərin nəşini gözləyən yaxınları onun ata evinə toplaşıblar - YENİLƏNİR + CANLI

Əməkdar artist Aygün Bəylərin yaxınları, ictimaiyyət və media nümayəndələri Suraxanı qəsəbəsindəki ata evində onun nəşinin gətiriləcəyini gözləyirlər.

BakuPress.Az-ın məlumatına görə, onun nəşi Türkiyədən təyyarə ilə gətirilərək Suraxanı rayonundakı qəbiristanlıqda yuma yerinə aparılıb.

Baku TV Aygün Bəylərin ata evindən canlı yayıma bağlanıb:

18:01

Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) nəşi Suraxanı qəbiristanlığındakı yuma yerinə gətirilib.

BakuPress.Az-ın məlumatına görə, bundan sonra onun nəşi Suraxanı rayonunda atasının evinə aparılacaq.

17:30

Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) nəşi bu gün Bakıya gətirilib.

BakuPress.Az-ın məlumatına görə, onun nəşi Suraxanı rayonunda atasının evinə aparılacaq.

0.027431964874268