Dövlət büddcəsindən ayrılan pulun idarə olunmasını Fərəcov jurnalist Habil Vəliyevə həvalə edib-Şikayət

Artıq ilin sonuna sayılı günlər qalıb.Bu il mətubatın gündəmində ən çox Sumqayıtın icra başçısı Zakir Fərəcov və iş adamları arasında olan borc qalmaqalı olub.Bu qalmaqal hələdə davam edir.İş adamları ilin sonu yenidən ölkə başçısı və digər qurumlara şikayət ərizəsi ilə müraciət ediblər.Ərizədə diqqət çəkən bir məqam bizi təcübləndirdi.Sən demə Fərəcov dövlət büdcəsindən ayrılan pulları jurnalist Habil Vəliyevə idarə etməyi tapşırıb.Ərizəni olsuğu kimi sizə təqdim edirik:

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri 

 

                                                           cənab Samir Nuriyevə

 

Surəti: Azərbaycan Respublikası Prezidentinin köməkçisi 

 

                                                            cənab Kərəm Həsənova  

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi 

 

                                                             cənab Zeynal Nağdəliyevə 

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri 

 

                                                         cənab Vəfadar Bağırova 

 

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı 

 

                                                          cənab Zakir Fərəcova 

 

Bir qrup iş adamları tərəfindən 

 

Ə R İ Z Ə

 

22.02.2023-cü il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun dəvəti ilə Sumqayıt Şəhər İcra Hakimiyyətində olduq. Bizə bildirildi ki, hal-hazırda İcra Hakimiyyətinin vəsait verməyə imkanı yoxdur. Siz bizə məktub verin ki, aramızda olan borc bağlanmışdır. Prezident aparatı tərəfindən məhkəm təzyiqlər var. Arada olan anlaşılmazlığı süni də olsa aradan götürək, 24-25 fevral tarixində sizə vəsait tam ödəniləcəkdir. Dediyi tarixdə dəfələrlə zəng etsək də telefonumuza cavab verilməmişdir. Görülən işlərlə əlaqədar bütün sənədlər təqdim edilsə də 23.02.2023-cü il tarixdə 2.900.000 manata qarşı yalnız 30.000 manat, onun 15.000 manatı Gündüz Əliyevin, 15.000 manatı da Gündəlik Bakı qəzetinin baş redaktoru Habil Vəliyevin vasitəsilə ödənilmişdir. Qalan vəsait hələ də ödənilməmiş qalmışdır. Ona görə də arada olan anlaşmanı etibarsız hesab edirik. Vəsaitin ödənilməsini tələb edirik. Bu vəsaitdə bütün işçilərin zəhməti və haqqı vardır. Onu da bildiririk ki, verdiyimiz borcun ödənilməsi barədə məktub tam etibarsızdır. Bizə 30.000 manatdan başqa hazırkı vaxta qədər heç bir vəsait ödənilməmişdir. Aldadıldığımızı bildiyimiz vaxtdan dəfələrlə ərizəmizin əsassız olması barədə müraciətlər etmişik. Vəsaitimizin ödənilməsini tələb edirik. Xahiş edirik ki, bizim vəsaitin ödənilməsinə köməklik göstərəsiniz. 

 

İş adamları: Qasımov Hümmət, Verdiyev Müqayis, Məmmədov Mirhüseyin, Mirzəyev Şükür, İsayev İsraıl, Məmmədov İbrahim, Əliyev İslam, Abbaszadə Vüqar, Qədirov Vüsal, Nəsibov Murad, Seyidov Taleh, Qasımov Zamiq, Cəfərov Şahin, Məmmədov Fərman, Həsənov Elnur, Məmmədov Miribrahim, Həmidov Saatxan, Şirinov İmran, Mansurov Çingiz, Abbasov Əkbər.

 

P.S.Ərizədə adı çəkilən Gündüz Əliyev məlumdur ki,yoxlamalar zamanı aylar öncə küllü miqdarda dövlət vəsaitinin yeyintisi aşkarlandığı üçün cinayət işi açıldı.Hələdə məhkəmə davam edir.Bəs necə olur,bu adam vəzifədən kənarlaşdırılmır?

İş adamıarına pul niyə kimlərinsə əli ilə verilir,ölkədə bank yoxdur?

0.034597873687744