Boşanmaların bir çoxu ailədəki iqtisadi problemlərlə bağlı olur”.
BakuPress.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, boşanmadan sonrakı müddətdə bu problem daha da intensivləşir:
“Ona görə də Aliment Fondunun yaradılması ilə bağlı tövsiyələr aidiyyəti üzrə təqdim olunub. Hesab edirəm ki, bu işdə dövlətin dəstəyi önəmlidir”.