Sumqayıtda dəhşətli qəza: Polis əməkdaşı həlak olub, xəsarət alanlar var - YENİLƏNİB + FOTO

Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuPress.Az-a bildirilib ki, KIA və BMW markalı avtomobillər toqquşub.

Nəticədə BMW markalı şəxsi avtomobildəki sərnişin, polis nəfəri, 1990-cı il təvəllüdlü İlqar Sadıqov hadisə yerində həyatını itirib.

Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

00:47

Sumqayıtda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

 

“Report”un xəbərinə görə, Babək və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində BMW və “Toyota” markalı avtomobillər toqquşublar.

Hadisə nəticəsində bir nəfər (şəxsiyyəti dəqiqləşdirirlir-red) ölüb, daha iki nəfər - 1989-cu il təvəllüdlü Yusifzadə Tural Elşad oğlu və 1994-cü il təvəllüdlü Eyvazov Etibar Tural oğlu xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

0.031804084777832