Bacısını “Instagram”a görə qətlə yetirdi: Hadisə şahidləri danışdılar - YENİLƏNİB + VİDEO

Gəncədə qardaş və bacı arasında dava faciə ilə bitib.

Şahidlərin sözlərinə görə, Ə.Allahverdizadə hadisədən sonra evi tərk etməyib və hüquq-mühafizə orqanlarına cinayəti törətdiyi alətlə birlikdə könüllü təslim olub:

“Bacı və qardaş ikisidə çox tərbiyyəli idilər. Qız hicablı, dindar, çox sakit idi. Anaları yox idi, onları nənələri böyüdüb”.

21 yaşlı Pəri Allahverdizadə 22 yaşlı Əli Allahverdizadə tərəfindən qətlə yetirilib. Hadisə şəhərin Şahsevənlər küçəsi 106 ünvanında yerləşən evdə qeydə alınıb.

Əli Allahverdizadə istintaqa ilkin ifadəsində əməlini etiraf edib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əli Allahverdizadə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Qeyd edək ki, qardaş və bacı arasında mübahisənin qızın “Instagram” sosial şəbəkəsindən istifadə etməsinə görə başladığı bildirilib.

Ətraflı Baku TV-nin süjetində:

10:12

Gəncədə bacısını “Instagram” sosial şəbəkəsindən istifadə etdiyinə görə öldürməkdə şübhəli bilinən qardaşa cinayət işi açılıb.

Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Belə ki, noyabr 27-də saat bir radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdizadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdizadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdizadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdizadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə isə, hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı Əli Ceyhun oğlu Allahverdizadə peşəkar idmançıdır. O, WKF karate növü üzrə bir sıra turnirlərin qalibi olub.

06:47

Gəncədə baş verən qətlin bəzi təfərrütı məlum olub.

APA-nın məlumatına görə, qardaş bacısını “Instagram”dan istifadə etdiyi üçün bıçaqlayıb.

O, bacısının boğazını kəsərək qətlə yetirib.

Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir.

02:47

Gəncədə qardaş bacısını qətlə yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.

Bizimlə əlaqə saxlayın

0.14558506011963