Qəzada həlak olan alimin dəfn olunacağı yer AÇIQLANDI

Noyabrın 15-i saat 23 radələrində avtomobil qəzası nəticəsində həlak olan alim Arif Acaloğlu sabah dəfn olunacaq.

“Report”un məlumatına görə, mərhum noyabrın 17-də Maştağa qəsəbəsinin “Kəpənəkçi” qəbiristanlığında dəfn ediləcək.

 

 

Qeyd edək ki, noyabrın 15-i saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə A.Acaloğlunu vurub. Alim aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

0.034821033477783