Sumqayıtda “Azərişıq” ASC-nin iki əməkdaşı faciəli şəkildə öldü

Bu gün Sumqayıtda “Azərişıq” ASC-nin iki əməkdaşını cərəyan vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Ceyranbatan ərazisində baş verib.

1968-ci il təvəllüdlü Mahir Daşdı oğlu Mirəliyev və 1985-ci il təvəllüdlü Nicat İbadət oğlu Mehbalıyev transformatorda iş görən zaman yüksək gərginlikli elektrik cərəyanı onları vuraraq öldürüb.

 

 

Fakt bağlı araşdırma aparılır. 

0.17430591583252