Azərbaycanda Zəfər Günü qeyd olunur

Bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günüdür.

BakuPress.Az xatırladır ki, Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 2-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Amma bir gün sonra, dekabrın 3-də Prezident 2 dekabr tarixli sərəncama dəyişiklik edib.

 

 

Prezident İlham Əliyev noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib.

Dəyişiklikdə bildirilib ki, Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi münasibətilə hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd edilsin.

0.029327869415283