Teatrşünas-tənqidçi Anar Bürcəliyev mükafatlandırıldı

BakuPress.Az xəbər verir ki,

 

 “Fortuna Media MMC”-nin təsis etdiyi və hər il bir dəfə sorğu əsasında öz fəaliyyət sahəsində aktiv eləcə də uğurlu fəaliyyəti olan şəxslərin mükafatlandırılması mərasiminin keçirilməsi 2023-cü ilin son nailiyyətləri ilə əlaqədar olaraq bir daha öz mükafatçılarını müəyyən etməkdədir. Məhz bu məqsədlə təşkilat komitəsinin il ərzində media və sosial şəbəkələrdə apardığı müşahidələrə əsasən teatrşünas-tənqidçi, Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri Anar Burcəliyev “Simurq 2023 Awards Azerbaijan” mükafatına layiq görülmüşdür. 

 Teatrşünas-tənqidçi Anar Burcəliyev dövrü mətbuatda 450-dən artıq məqalə, ressenziya, oçerk və müsahibələrin eləcə də 20-yə yaxın kitabların müəllifidir. Qeyd edək ki, bundan öncə də Anar Burcəliyev “Simurq 2021 Awards Azerbaijan” mükafatına uğurlu fəaliyyətinə görə layiq görülmüşdür.

 

Xatırladaq ki, “Simurq 2023 Awards Azerbaijan” layihəsi 22 dekabr saat 16:00-da “Badamdar Hotel And Residences” baş tutacaq.

0.04233193397522