Ağstafada 24 yaşlı oğlan üstünə benzin tökərək özünü yandırıb

Ağstafa sakini yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb. 1999-cu il təvəllüdlü Şahin Namazov bədəninin 2-3-cü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal gənc oğlana yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

 

Məlumata görə, Şahin Namazov üzərinə benzin tökərək özünü yandırıb. Onun hansı səbəbdən özünü yandırması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

0.034543991088867