Azərbaycanda “TikTok”a girişə qoyulan məhdudiyyət aradan qalxıb

19 sentyabr tarixindən Azərbaycanda “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilmişdi.

BakuPress.Az xəbər verir ki, hazırda pulsuz VPN-lərdən istifadə etmədən “TikTok” sosial şəbəkəsinə giriş etmək olur.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) tərəfimizdən sorğu ünvanlanıb.

 

 

Qeyd edək ki, həmin ərəfələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırmışdı.

0.077759027481079