Sumqayıtda silahlı hücum zamanı ölənlərin və yaralananların kimliyi məlum oldu - YENİLƏNİB + FOTO

Sumqayıtdakı silahlı basqının daha bir neçə təfərrüatı məlum olub.

APA  xəbər verir ki, hücumda 1985-ci il təvəllüdlü Karakaş Suzanna və 1950-ci il təvəllüdlü Fərəcov Dağbəyi ölüblər.

İlkin məlumata görə, yaralılar Fərəcov Tərlan və Karakaş Serkan reanimasiyadadır. Serkanın vəziyyəti ağırdır.

06:51

Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var.

“Report”un məlumatına görə, hadisə 16-cı mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

 

 

Belə ki, evə silahlı hücum zamanı ailənin iki üzvü öldürülüb, yaralılar var. Hazırda yaralıların sayı dəqiqləşdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın

0.031859159469604